Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ləman Ələşrəfqızı Nazirlər Kabinetini sərt tənqid etdi

Tarix: 26-10-2017 21:30     Baxış: 5504 A- / A+
Ləman Ələşrəfqızı Nazirlər Kabinetini sərt tənqid etdi


Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənməsi sosial şəbəkədə narazılıq olub.

Manevr.az-ın baku.ws-ə istinadən məlumatına görə, yazıçı və əməkdar jurnalist Ləman Ələşrəfqızı sosial şəbəkədə bildirib ki, onun anasının adını da qadağan ediblər. O, Terminologiya Komissiyasına etiraz olaraq "Facebook”da status paylaşıb:

"Terminologiya Komissiyası yenə öz ampluasındadır. İndi də kompüter mışkasına "bələdçi” adı qoyub. Guya "siçan” qoysaydı, əlimizi-ayağımızı gəmirəcəkdi. Terminologiya Komissiyası nə istəyir onu da edir. Hətta mənim anamın adını da dəyişir. O yazını bir daha paylaşıram.

Bəlkə də bu yazını heç yazmayacaqdım. Bəlkə də anamın adının mənası məni bu qədər düşünməyə vadar etməyəcəkdi. Əlbəttə ki, əgər Nazirlər Kabineti yanında Terminologiya Komissiyası 217 adı ləğv etməsəydi və o adlardan da biri mənim anamın adı olmasaydı.

Yox, anamın adı nə Kolxozdu, nə Şüşəbənd! Amma etiraf edim ki, anam uzun illər kolxozda can qoyub, şüşə kimi də qəlbi var. Yəni hətta adı bu adlardan da olsaydı, yenə mənim anamdı, adına da qurban, özünə də!

Mənim anamın adı Zalikədir. Terminologiya Komissiyasının ləğv etdiyi 217 ad siyahısında sonuncudan əvvəlinci ad. Düzdür, uşaq vaxtı bir dəfə anamdan soruşmuşdum ki, adının mənası nədir? Anam mənasını deyə bilməsə də, hardan götürüldüyünü şəstlə söyləmişdi. Qurandan verilib bu ad mənə – demişdi. "Xalanın da ( xalamın da adı Malikədir), mənim də adımı atam Quran kitabından qoyub "söyləmişdi.. Həqiqətən də Müqəddəs Quranın bir neçə surəsində Zalikəyə də rast gəlinir, Malikəyə də. Malikənin mənası malik olandır, Zalikənin mənası bu deməkdir. Bu-yəni şəxs əvəzliyi.

İndi Terminologiya Komissiyası rəhmətlik Malikə xalamın ruhunu incitməyib, amma anamın adını yararsız adlar siyahısına salmaqla məni incik salıb. Deməli, sabah mənim oğlum ata olanda öz qızına nənəsinin adını verə bilməyəcək?!

Maraqlıdır, Terminologiya Komissiyası bu adların məqsədəuyğun olmadığını hansı meyarla müəyyən edir? Hansı arqumentə görə Zalikə adı pis, tutaq ki, Naqif adı yaxşıdır? Səslənməsi qulağı deşmir. Sözün kökündə Zal var. Ta Rüstəmi Zaldan tutmuş müasir Zalovlara qədər nə çox adam tanıyırıq ki, mənim anamla ad qohumudur?! Mənasına gəlincə, yenə deyirəm, Zalikə "bu” deməkdir.

İndi o, bu çıxıb deyəndə ki, bu ad işə yaramır, qalırsan məəttəl. Düşünürəm ki, Terminologiya komissiyasında heç bu adın mənasını bilən də yoxdur. Eləcə, kor-koranə o siyahıya basıblar gedib. Əks halda siyahıda gərək bu adın kişi qarşılığı Zalik də olaydı, mənsə bu ada rast gəlmədim. Qısası, sözümün canı bu ki, terminoloqlar malı m(z)ala qatıblar. Nə əsasla, bilmirəm?! Adının qara siyahıya düşməsindən Anamın xəbəri yoxur. 75 ildə adının mənasından xəbəri olmadığı kimi. Sabah bilsə də əminəm vecinə olmayacaq. Cavabı da təxminən mənə bəllidir: "Ay bala, bir keçi ömrüm qalıb, mən öləndən sonra nəyimə lazımdır ad-zad.”

Amma mənə lazımdır. Adıyla, dadıyla, hər zadıyla o mənim anamdır!

Toxunmayın onun adına!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar