Xəbər lenti
"CAVİD POEZİYA GÜNÜ" qeyd edilib - anadan olmasının 135-ci ildönümüilə bağlı
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda klassik poeziyamızın görkəmli nümayəndələrindən biri, şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr edilmiş POEZİYA GÜNÜ keçirilib.
Tədbir Prezident İlham Əliyev şairin 135 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.
Manevr.az-ın məlumatına görə, AYB-nin "Hüseyn Cavid irsi komissiyası"nın və "Hüseyn Cavid Ədəbi məclisi"nin təşkilatçılığı ilə reallaşan tədbirdə qurumun katibi, komissiyanın sədr müavini İlqar Fəhmi deyib ki, totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin adı doğma xalqının təfəkküründə obrazlaşıb - ölməzlik, vətənsevərlik və dəyanət nümunəsi olaraq əbədiləşib.
Sonra tədbiri aparmaq üçün söz "H.Cavid Ədəbi-məclisinin" sədri şair Kəmaləddin Qədimə verilib. O ağır repressiya illərində Cavidin mənən sarsılmadan keçdiyi ibrətamiz həyat yolunu dönməzlik, məğrurluq, ziyalılıq yolu adlandırıb. Son günlər yubiley münasibəti ilə keçirilən sissilə tədbirləri xatırladıb.
Ehtiyatda olan polkovnik Həmid Cəfərov 1982-ci ildə H.Cavidin 100 illik yubileyi ərəfəsində nəşinin ulu öndər Heydər Əliyevin iradəsi və uzaqgörənliyi sayəsində Vətənə gətirilməsini, məzarı üzərində məqbərənin ucaldılmasını xalqın və Ulu Öndərin böyük şəxsiyyətə ehtiramı kimi qiymətləndirib.
Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, 1937-ci il və ondan sonrakı hadisələr dahi sənətkarın ideya-məfkurə istiqamətini zərrə qədər də dəyişə bilmədi. Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavidin mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ açdığını bildirən natiqlər onun yaradıcılığının Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olduğunu diqqətə çatdırıblar.
Sonra tədbir əsl poeziya bayramına çevrilib. Şair və yazıçılardan Adilə Nəzər, Nizami Muradoğlu, Səfər Alışarlı, Əhməd Qəşəmoğlu, Mir Kazım Ağa, Aləmzər Sadiqqızı, Arzu Nehrəmli, İlqar Türkoğlu, Fərqanə Mehdi, Nuranə Nur, Zərəngiz Dəmirçi, Firəngiz Sabirqızı, Faiq Balabəyli, Nemət Pənahlı, Sevinc Arzulu, Adil Cəfakeş, Ələsgər Talıbpğlu, Yağmur Xəzan, Gülamail, Cavahir Qaraqızı, Tahir Şirvanlı və digərləri H. Cavidin yaradıcılığından və öz yaradıcılıqlarından nümunələr səsləndirmişlər.
Tədbirin sonunda məktəblilər Hüseyn Cavidin şeirlərini səsləndiriblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar