Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

İnternetin sürətində yaranan problemlərin səbəbi bəlli oldu

Tarix: 25-10-2017 18:17     Baxış: 3244 A- / A+
İnternetin sürətində yaranan problemlərin səbəbi bəlli oldu
“Delta Telekom LTD” MMM son vaxtlar Azərbaycanda internetin sürətində yaranan problemlərə aydınlıq gətirib.

“Delta Telekom LTD” MMM-dən “Ölkə.Az”-ın sorğusuna cavab olaraq bir neçə yerli provayderlərin öz abonentlərindən abunə haqqını əvvəlcədən yığmasına baxmayaraq, onlara olan borcların ödənmədiyi, nəticədə maliyyə çətinlikləri yarandığı qeyd edilib.

Son vaxtlar ölkədə internetin sürəti və keyfiyyətinin aşağı səviyyədə olması, xüsusilə pik saatlarda dözülməz həddə çatması haqqında mətbuatda ciddi müzakirələr gedir. Bununla əlaqədar deyə bilərik ki, bu cür narazılıqların yaranmasına səbəb ikinci dərəcəli internet provayderlərinin işini düzgün qurmaması, gəlirləri olduğu halda, texnologiyanı yeniləməməsi, ən əsası isə, müştəri sayının bir neçə dəfə artmasına baxmayaraq, aldığı internet yükünü artırmaması nəticəsində baş verir. Nəticədə müxtəlif statistik göstəricilərdə və beynəlxalq müzakirələrdə, eləcə də, ölkəmizə gələn qonaqlarda Azərbaycanda internet sürətinin aşağı səviyyədə olması barədə rəylər səslənir.

“Delta Telekom LTD” MMM-in mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, yaxın günlərdə bir neçə provayderə internet verilməsinin tamamilə dayandırılması məsələsi gündəmdədir: “Müəssisəmiz tərəfindən göstərilən xidmətlərlə yanaşı, problemlər də mövcuddur. Yerli provayderlər öz abonentlərindən abunə haqqını əvvəlcədən yığmasına baxmayaraq, müəssisəmizə olan borclarını ödəmir və maliyyə çətinlikləri yaranır. Uzun müddət bu hallara güzəştlə yanaşsaq da, artıq problemin məhkəmə yolu ilə həll olunmasına çalışırıq. Hazırda “Qlobal Netvorks” MMC, “CNC AZ” MMC, “Data Plus” MMC və bir neçə dövlət təşkilatları ilə məhkəmə prosesi davam edir. Həmin provayderlərin toplam olaraq üç milyon manatdan artıq borcu vardır. Bununla əlaqədar olaraq hər üç şirkətə göstərilən xidmətlərə məhdudiyyət tətbiq olunur ki, bundan da həmin provayderlərin müştəriləri əziyyət çəkir. Baxmayaraq ki, müştərilər pullarını əvvəlcədən ödəyiblər. Yaxın günlərdə bu provayderlərə internet verilməsinin tamamilə dayandırılması məsələsi gündəmdədir. Yuxarıda qeyd olunan provayderlərin müştərilərinə bildirmək istərdik ki, internet xidmətləri dayansa, problemin müəssisəmizdən qaynaqlanmadığını, pulunu əvvəlcədən ödədikləri provayderlərin yarıtmaz işi nəticəsində baş verdiyindən məlumatlı olsunlar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar