Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gənc yazar Məmməd İSMAYILI hədəfə aldı: ŞEİRİNİZ OLDUQCA ZƏİFDİ...

Tarix: 25-10-2017 14:45     Baxış: 31 126 A- / A+
Gənc yazar Məmməd İSMAYILI hədəfə aldı: ŞEİRİNİZ OLDUQCA ZƏİFDİ...

Manevr.az müstəqil.az-a istinadən gənc yazar Emil Rasimoğlunun şair Məmməd İsmayıla ünvanladığı məktubu təqdim edir. Gənc şair M. İsmayılın “Əliboş gəlmişdim mən bu şəhərə” şeririnin bədii cəhətdən zəif olması iddiasındadı...

Emil Rasimoğlunun “içindəki HƏQİQƏTə” söykənib yazdığ məktub

“Bu gecə yuxuda görürəm ki, sosial şəbəkədən şəxsiyyətinə, ziyalılığına çox hörmət bəslədiyim Məmməd İsmayılın bir şeirini oxuyuram…Şeiri bitirdikdən sonra isə dəyərli Məmməd müəllimə indi oxuyacağınız bu məktubu yazıram. Onun bu məktubdan sonra məndən inciyəcəyini, bəlkə də mənə qəzəblənəcəyini (əslində ədəbi müzakirə şəxsi münasibətə təsir göstərməməlidi) düşünə-düşünə içimdəki yaratdığım HƏQİQƏTə söykənib yazıram.

Yazıram ki;

” Salam, çox hörmətli Məmməd müəllim! Necəsiz?


İnanıram ki, rahat da deyilsiz. Çünki istedad sahibləri hər zaman elə payız kimi bir az narahat, bir az düşündürücü, bir az da dalğındı. Bağışlayın, bəlkə də vaxtınızı alıram. Amma sizin indicə bir şeirinizi oxuduqdan sonra içimdən keçənləri sizlə bölüşmək istədim.


Məni sizə məktub yazmağa vadar edən bu şeirinizdir.

Onda “Bizim Bakı”, “Bizim Xəzərdi”
Hardasa arzumun uzaqlığında.
Kitablardan gələn yol müxtəsərdi
Ümumi vaqonun sıcaqlığında…

Arzum yol gedirdi köhnə vaqonda
Yanan ürəyimin ümidi nəydi:
Günəş çıxacaqdı uğruma sonda
Xəzər də yoluma su səpəcəkdi.

Qəsdimə duranlar arzuma qıydı
Kim yuya bilərki günahı suynan.
Mənim aradığım yurd qapısıydı
Amma qarşı gəldim qurd qapısıyanan.

Görünür gözündə yadoğlu, yaddım.
Yad bildi xoş gələn soraqlarımı.
Xətrinəmi dəydi atdığım addım
Yolları sevmədi ayaqlarımı.

Bu yerdəyişimi tale işiydi
Bir olan dərdlərim birəbeş oldu.
Vücudum kiməsə kirəkeş idi,
Könlüm də köksümə kirəkeş oldu.

“Bilməz şəhər nədi kənd nankorları
Alsın ala bilsə evi xutordan.”
Vağzal köşələri- qadın torları
Çıx, çıxa bilirsən atdığı tordan…

Canından keçəndə cana doyanlar
Ömür bilməz olur kəndir biləni.
Adını yazıçı, şair qoyanlar
Çərxi xiyabanda məzar dilənir.

Qayıdıb geriyə dönsünmü? Nədən?
Geriyə dönməyə qatar ki, yoxdu.
Karıxıb başını axtaran bədən
Əlini başına atar ki yoxdu.

Buydumu kəndlinin şəhər həyatı
Könlüm qəfəsində sakin olmadı.
Fikrimi yüz yerə çəksə də adı,
Bakı həyatımda baki olmadı…

Haqq sözə bu qədər qoruq,bqadağa
Getsək, arxamızca qaçmaz yuxusu
Dayanıb Xəzərlə dodaq dodağa
Nə vaxtdı ağzına su alıb susur.

Arxamca dağılıb tökülər yerə
Qaranquş yuvası beş-on xatirəm.
Əliboş gəlmişdim mən bu şəhərə
Elə əliboş da çıxıb gedirəm…


İlk öncə sizə şeirlə bağlı fikirlərimi demək istəyirəm. Şeir ümumilikdə bədii mətn, poetik ifadə baxımdan olduqca zəifdi (Söz yox ki, bunu siz özünüz də görməyə bilmərsiz ) Müəyyən məqamlarda işlənən bədii ifadə vasitələri mövzunu obrazlı ifadə etməyə cəhd etsə də uğurlu tərzdə əks olunmayıb. Xüsusi ilə də mövcud bəndlərin bu hissələrindəki

“Kitablardan gələn yol müxtəsərdi
Ümumi vaqonun sıcaqlığında…”

“Adını yazıçı, şair qoyanlar
Çərxi xiyabanda məzar dilənir.”

“Karıxıb başını axtaran bədən
Əlini başına atar ki yoxdu.”


Bu fikirlər publisistik şəkildə, kiçicik ənənəvi deyimlər şəklində sərgilənir və orijinallığı yaradan ədəbi hadisəni əks etdirmir, mövcud poeziya ilə səsləşmir ( Axı bunu siz də bilirsiz ki, şeir özü bir ədəbi hadisə olmalıdı )
Açığı deyim qismən də olsa bircə bu misra içimdə közərdi:

” …Yolları sevmədi ayaqlarımı ”

İnanın ki, Məmməd müəllim, sizin dövri mətbuatda digər çap olunan son şeirlərinizə də səfər etsəm eyni fikirləri sərgiləyə bilərəm. Təbii ki, siz hazırki çağımızın istər ölkə ( Azərbaycan ) çapındakı poeziyasına, istərsə də dünya çapındakı poeziyasına yaxşı bələdsiz( hətta çox yaxşı).

Gözəl bilirsiz ki, bu günün poeziyası vurğuladığım bu şeirdəki ritmlərdən, deyim tərzlərindən çox-çox uzaqlıqdadı. O uzaqlıq ki, ordan dönüb baxanda bu və bu kimi şeirlər ədəbiyyatımızın keçib gəldiyi yorğun keçmişi, qələmin novatorsuzluğunu xatırladır.
Həə…yeri gəlmişkən onu da deyim ki, hətta saytlar, qəzetlər, jurnallar belə son dönəmlər sizin şeirləri bədii keyfiyyətinə görə yox, bir zaman parlayıb oxucusunun könlünü oxşayan MƏMMƏD İSMAYIL imzasına görə yayımlayır.
Oxucu bu kimi şeirləri sevə bilər. Bu təbii haldı. Ancaq ƏDƏBİYYATın meyarı oxucu deyil axı.
Nə deyim, Məmməd müəllim…
Bu fikirlər sadəcə bir gənc yazarın düşüncəsindən, iç dünyasından doğulan səmimi fikirlər idi. İnanıram ki, məktubum şəxsi intiriqaya çevrilib sizdə mənə qarşı mənfi rəy formalaşdırmayacaq. ( Adətən indiki mühitimizdə belədi axı ) ”

Qapı döyülür və qəfl yuxudan ayılıram…

Emil RASİMOĞLU

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar