Xəbər lenti
Kürdlər referendumun nəticələrini dondurmağa MƏCBUR EDİLDİ

Kürd muxtariyyətinin rəhbərliyi İraq hökumətinə atəşi dayandırmağı və dialoqa başlamağı təklif edərək, öz tərəfindən referendumun nəticələrini “dondurmağa” hazır olduğunu bəyan edib. Manevr.az xəbər verir ki, bu barədə regional hökumətin saytında dərc olunmuş bəyanatda bildirilir.
“Kürd və İraq xalqı qarşısında üzərimizə götürdüyümüz öhdəliklərin icrası üçün biz İraq hökuməti, İraq və dünya ictimaiyyətinə aşağıdakıları təklif edirik: 1) Bölgədə atəşin və bütün hərbi əməliyyatların dərhal dayandırılması, 2) Kürd muxtariyyətində keçirilmiş referendumun nəticələrinin dondurulması, 3) Konstitusiya əsasında bölgə hökuməti və İraq federal hökuməti arasında açıq dialoqun başlanılması”, - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib. Oktyabrın ortalarında İraq ordusu ölkənin ərazi bütövlüyünün bərpası uğrunda “Peşmərgə”yə qarşı hərbi əməliyyata başlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar