Xəbər lenti
Gəlib vəzifə başına çıxdılar və millətə qarşı açıq düşmənçilik edirlər -NARAZILIQ
Son günlər Azərbaycan Təhsil Nazirliyi tərəfindən hazırlanan orta məktəb dərsliklərində davamlı olaraq ciddi yanlışlıqlara yol veilir. Bu da təbii ki, mütəxəssislərin, müəyyən dairələrin və eləcə də valideynlərin narazılığına səbəb olur. Və təəssüflər olsun ki, səhvlərini düzəltmək əvəzinə, sözügedən nazirlik bu biabırçılıqları davam etdirir.
Bir vətəndaş olaraq bu barədə ən çox narahatlığını və narazılığını bildirənlərdən biri də Əməkdar jurnalist Azər Həsrətdi. Manevr.az A.Həsrətin bu barədə növbəti açıqlamasını təqdim edir:
"Təhsil Nazirliyi 11-ci siniflər üçün yeni dərsliklərin yazılması prosesini mümkün qədər gizli həyata keçirməkdədir. Bugünlərdə təsadüfən öyrəndik ki, bu işə özlərinə yaxın bildikləri adamları cəlb ediblər. Heç bir tender elan etmədən özəl kanallarla sifariş veriblər. Bu adamlar bu bazarı elə belə də davam etdirəcəklərmi yəni? Bunlar bu ölkəni nə sanırlar? Bunlar niyə bu dövlətə belə açıq şəkildə tüpürürlər axı? Nə etdi bu Millət bu adamlara ki, gəlib vəzifə başına çıxdılar və millətə qarşı açıq düşmənçilik edirlər? Niyə bu adamlar cənab Prezidentin onlara etibar etdiyi dövlət işini bu qədər aşağı səviyyəyə endirirlər?..."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar