Xəbər lenti
Rusiya Hillari Klintondan əl çəkmir
İlham İsmayıl: “Moskva ona qarşı təbliğat kampaniyası aparır”
Hakerlər ABŞ-ın keçmiş dövlət katibi, general Kolin Pauellin elektron yazışmalarını ələ keçirərək internetdə yerləşdiriblər. Bu barədə virtualaz.org saytı məlumat yayıb. Sabiq dövlət katibinin elektron poçtunun Rusiyadan dəstəklənən hakerlər tərəfindən ələ keçirildiyi təxmin edilir.
Onun yazışmaları bu yaxınlara qədər məlum olmayan DCLeaks saytında yerləşdirilib. Bu sayt “yüksək rütbəli rəhbərlərin və onların nüfuz agentlərinin” ələ keçirilmiş məlumatlarını yaymaqla məşğuldur. “The Washington Post” qəzetinin yazdığına görə, Pauellin ələ keçirilmiş elektron məktublarından sonuncusu ötən ay göndərilib. Keçmiş dövlət katibi dostları ilə yazışmada prezidentliyə namizədlər Donald Trampa və H.Klintona da münasibətini əks etdirir. Onun sözlərinə görə, Tramp “milli rüsvayçılıq və beynəlxalq nankordur”, Obamanın prezidentliyini şübhə altına alan “rasist” hərəkatı dəstəkləyir. Klinton isə keçmiş dövlət katibinin yazdığına görə, görməmişin biridir, reformator deyil, özündən razılığı nəticəsində toxunduğunu alt-üst edir. Onun əri isə əvvəlki kimi Hillaridən ayrı qalan kimi evində qızlarla əylənir: “Mən ona səs verməzdim, hərçənd ki, dostumdur”.
Pauell 2014-cü ildə Hillari Klintonun mümkün namizədliyi barədə yazıb. Artıq Pauellin mətbuat katibi yazışmaların həqiqiliyini təsdiqləyib.
Qeyd edək ki, bu, rusiyalı hakerlərin ABŞ siyasətçilərinə ilk hücumu deyil. Bundan əvvəl hakerlər Demokratların Milli Komitəsinin elektron poçtundan məlumatları və yazışmaları ələ keçirib. Habelə ştatlardan birində səslərin sayılması sisteminə müdaxilə cəhdi olub. Artıq keçmiş dövlət katibinin elektron poçtunun ələ keçirilməsi ilə bağlı ABŞ-da ilkin versiyalar irəli sürülməyə başlayıb. Amerika mətbuatı iddia edir ki, Rusiya ABŞ-ın siyasi sisteminə misilsiz haker hücumları həyata keçirərək prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışır. Əsas arqument kimi şimal qonşumuzun daha çox Trampın prezident olmasına isti münasibət sərgiləməsi önə çəkilir. Plitoloqlar son günlərdə Klintonun səhhətinin pisləşməsi barədə tez-tez xəbərlərin yayılmasını, ardınca keçmiş dövlət katibinin yazışmasının üzə çıxarılmasını da təsadüf saymırlar.
Ləğv edilmiş MTN-in sabiq polkovniki İlham İsmayıl hesab edir ki, Rusiyada Vladimir Putin hakimiyyətə gələndən sonra elə müharibə əks-kəşfiyyatın üzərində qurulub: “Soyuq müharibənin əsas elementlərindən biridir ki, casus fəaliyyətinə daha çox yer verilir. Amma indi yayılan məlumat ilk dəfə deyil. Az qala, ABŞ-ın özü dünyanın bütün ölkələrinin dövlət başçılarının telefon danışıqlarını izləyə bilir. Yəni təzə bir şey olmadığı üçün bununla Rusiyanın nəsə bir şey planlaşdırdığını söyləmək çətindir. Sadəcə, onu ehtimal etmək olar ki, Klintonun prezident seçilməsi Rusiyanın xeyrinə deyil. Ona görə də onu bu yollarla gözdən salmağa çalışırlar. Çünki illər öncə Pauellin kimlər barədə sözlər işlətməsinin indi üzə çıxarılmasının nə anlamı var ki? Onda gərək Putin rüsvay olsun. Qeyd etdiyim kimi, bu, soyuq müharibənin elementlərindən biridir və bundan sonra belə şeylərə hələ çox rast gələcəyik. Bu hadisələrdən sonra artıq hər kəs bilir ki, ehtiyatlı olmaq lazımdır. Dövlət yox, özəl məlumatlar belə ələ keçirilə və ondan istifadə oluna bilər. Zaman-zaman belə informasiyalar, diplomatik yazışmalar üzə çıxır. Heç kəs ağzını tikməli deyil. Amma bundan sonra artıq yazılanlara, işlədilən ifadələrə korrektələr ediləcək”.
Ekspert Kremlin Trampın prezident olmasını daha çox istədiyi qənaətindədir: “Trampın Putin haqqında dediyi xoş sözlər ortadadır. Klinton açıq şəkildə Putini qatı millətçi adlandırır, dünyada baş verən proseslərdə günahkar onu görür. Bunları o, prezident olmamış söyləyir. Bunlar da Rusiyanın qabartdığı məsələlərdir. Ruslar son günlərdə daha çox Klintonun xəstəliyindən danışaraq, gözdən salma kampaniyası aparırlar. Hətta Türkiyənin telekanalları da bu istiqamətdə iş görür. Bütün bunlar Rusiyanın Klintona qarşı təbliğat kampaniyasıdır”.
İ.İsmayıl keçmiş dövlət katibinin bu yazışmalara görə hər hansı bir təhlükə ilə üzləşib-üzləşməyəcəyi ehtimallarına da toxundu: “Demokratik dövlətin gözəlliyi burdadır ki, belə halları gizlətmirlər, hətta həmin şəxsə qarşı gələcəkdə də hər hansı bir təhlükə yaratmırlar. Klinton prezident olsa belə, Pauell heç bir təhlükə yaşamayacaq. Ola bilər ki, xoşagəlməyən münasibət olsun. Amma buradan o yana keçəsi deyil. Demokratik ölkələrdə kiminsə arxasınca danışmaqdan ötrü xüsusi qadağaların olduğuna inanmayın. Belə hallar avtoritar ölkələrdə olur. Rusiya kimi ölkələrdə kimsə belə sözlər işlətdisə, nəslinin axırına çıxmağa qərar verilir. Amerika üçün bunlar o qədər də əhəmiyyət daşımır”.musavat,com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar