Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tibb dünyasında inqilabi yenilik

Tarix: 22-10-2017 12:58     Baxış: 3323 A- / A+
Tibb dünyasında inqilabi yenilik
Avstriyanın Qrats Universiteti və "Surgebright" alman startapının biomexanika üzrə mütəxəssisləri tərəfindən insan sümüklərindən istifadə olunmaqla cərrahiyyə vintlərinin hazırlanması üçün yeni metodika işlənilib.
Manevr.az trend-ə istinadən məlumat verir ki, məlum olduğu kimi, cərrahlar sümük sınıqlarını birləşdirmək üçün bio-uyğun material hesab edilən titan və paslanmayan poladdan hazırlanan vintlərdən istifadə edirlər. Metal vintlər möhkəm və ağır çəkiyə malik olduğundan xəstələrdə tez-tez narahatçılıq yaradır. Onları çıxartmaq üçün isə yeni əməliyyata ehtiyac duyulur.

Avstraliyalı və almaniyalı biomexanika üzrə mütəxəssislər Shark Screw adlı metal vintləri insanın bud sümüyünün qalın və möhkəm orta hissəsindən hazırlanmış vintlərlə əvəz etməyi təklif ediblər. Sümük vintləri "Surgebright" Berlin startapı və Almaniyanın Hüceyrə və Toxumaların Köçürülməsi İnstitutu (DIZG) tərəfindən birgə istehsal olunur. Vintlərdən Avstriyanın 14 klinikasının cərrahları istifadə edirlər. Biomaterialdan istifadə etməzdən öncə onun davamlılığı, epidemioloji təhlükəsizliyi və digər xüsusiyyətləri yoxlanılır.

Hazırda ayaq sümükləri və üz-çənə cərrahiyyəsi əməliyyatları üçün nəzərdə tutulmuş yeni dizaynlı vintlərin hazırlanması istiqamətində işlər davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar