Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Kürdlər Bağdadın dialoq çağırışını alqışladı

Tarix: 20-10-2017 08:45     Baxış: 4384 A- / A+
Kürdlər Bağdadın dialoq çağırışını alqışladı
Kürd muxtariyyətinin Nazirlər Kabineti İraqın baş naziri Heydər əl Abadinin ölkə konstitusiyasının əsasında dialoqa başlamaq təklifini alqışlayır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bölgə hökumətinin saytında bildirilir.

Kürd muxtariyyətinin rəhbərliyi beynəlxalq ictimaiyyətini dialoqun aparılmasında tərəflərə dəstək göstərməyə çağıraraq, İraqın problemlərinin hərbi yolla həllinin mümkünsüz olduğunu qeyd edib.

İraqın baş naziri Heydər əl Abadi oktyabrın 17-də kürd muxtariyyətinin rəhbərliyini ölkə konstitusiyasının əsasında dialoqa başlamağı təklif edib və bölgənin müstəqilliyinə dair referendumu unutmaq lazım olduğunu qeyd edib.

Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.

Daha sonra rəsmi Bağdad Kərkük şəhərində nəzarətin bərpa olunması istiqamətində əməliyyat keçirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar