Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Cavid Poeziya Günü " keçirilib -SUMQAYITDA

Tarix: 18-10-2017 21:43     Baxış: 3539 A- / A+
"Cavid Poeziya Günü " keçirilib

Manevr.az xəbər verir ki, Sumqayıt "Poeziya Evi"ndə Azərbaycan ədəbiyyatına romantizm dalğasını bəxş edən, əbədiyaşar şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyi ilə əlaqədar "Cavid Poeziya Günü" adlı tədbir keçirilib.
Ə. Kərim adına Sumqayıt şəhər Poeziya klubunun və "Hüseyn Cavid" Ədəbi Məclisinin birgə təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə "Poeziya Evi"nin rəhbəri, şair İbrahim İlyaslı açdı. Qonaqları salamladıqdan sonra natiq tədbirin mahiyyəti, eyni zamanda H.Cavidin həyat və yaradıcılığı haqqında geniş məruzə etdi. Sonra sözü "Hüseyn Cavid" Ədəbi Məclisinin sədri, şair Kəmaləddin Qədimə verdi. O da öz növbəsində Cavid haqqında fikirlərini söylədi. "H.Cavid" Ədəbi Məclisinin yaranmasından və fəaliyyətindən söz açan K.Qədim, şairin növbəti ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcəyini qeyd etdi. Məclis rəhbəri ilk tədbirin Sumqayıtda baş tutduğunu vurğuladı.
İctimai-siyasi xadim Həmid Cəfərov Cavidin həyatının sürgünlük dövründən, dünyasını dəyişməsi səbəbindən və tarixindən, 35 il öncə şairin nəşinin Uzaq Sibirdən Azərbaycana necə gətirilməsindən geniş danışdı.

Şairlərdən Əşrəf Veysəlli, Adilə Nəzər, Mir Kazım Ağa, Zirəddin Qafarlı, Fərqanə Mehdiyeva, Arzu Nehrəmli, Namiq Dəlidağlı, Nisə Qədirova, Xatirə Fərəcli, Firudin Şahbuz, Ələsgər Talıboğlu, Xan Rəsuloğlu, Sevda Kərimli, Sevinc Qərib, Ənvər Məsud, Elvin Əlizadə öz şeirləri ilə H.Cavidin ruhunu andılar, ölməz şairə ehtiramlarını bildirdilər. Sonra tədbirdə iştirak edən yazıçı Almaz Bəyazid, Hacı Cəfər Quliyev və digər qonaqlar Cavid dühasının böyüklüyündən, onun tək bizə deyil, bütün dünyaya aid olduğunu qeyd etdilər. Sonda "H.Cavid" Ədəbi Məclisinin sədri Kəmaləddin Qədim gələn qonaqlara və Sumqayıt "Poeziya Evi"nin rəhbərliyinə təşəkkürünü bildirərək vurğuladı ki, "Cavid Poeziya Günü" 25 oktyabr saat 14.00-da AYB-nin Natavan klubunda davam edəcək. Sonra Cavidin "səyyar muzeyi"nə baxış keçirildi, xatirə şəkilləri çəkildi.

Sevinc QƏRİB
Manevr.az
(Fotolar Şakir Rəhmanındı)

"Cavid Poeziya Günü " keçirilib
\"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib
"Cavid Poeziya Günü " keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar