Xəbər lenti
Azərbaycan səhiyyəsində şok olay - Bint qadının uşaqlığında qaldı - VİDEO
Mingəçevir şəhər sakini Südabə Əbdiləzimova 2015-ci ildə Tovuz Rayon Mərkəzi Xəstəxanasında uşaqlıq nahiyəsindən əməliyyat olunub.
Manevr.az EL TV-yə istinadən xəbər verir ki, o, bu əməliyyatdan sonra da həmin nahiyədə ağrılar hiss edib. Müayinə zamanı orada bint bükümünün qaldığı aşkarlanıb. Buna görə də, Südabə Əbdiləzimova yenidən əməliyyat keçirməli olub.
“Həkim ikinci dəfə də əməliyyatdan sonra səhvə yol verdiyini etiraf edib”, - deyə əməliyyat olunan şəxs Südabə Əbdiləzimova bildirib.
İndi respublikada, xüsusilə də bölgələrdə bu kimi hallara çox rast gəlinsə də, Səhiyyə Nazirliyi tərəfindən bu ilin aprel ayının 1-dən vətəndaşların xəstəxanalara qəbul qaydaları dəyişdirilib. Təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyac duyanlar istisna olmaqla, bölgələrdən Bakıdakı böyük və kliniki xəstəxanalara gedən xəstələr göndəriş əsasında qəbul edilirlər.
Nazirlik buna əsas olaraq göstərir ki, son 10 ildə regionlarda və paytaxtda 600 tibb müəssisəsi tikilərək əsaslı təmir edilib, yüksək tibbi avadanlıqlarla təhciz olunub. Regionlarda da müalicə işləri geniş səviyyədə həyata keçirilir.
Mütəxəssislər isə, hesab edirlər ki, vətəndaşların paytaxtdakı xəstəxanalar tərəfindən göndəriş əsasında qəbul olunması normal haldır. Amma bölgələrdə yeni xəstəxanaların tikilməsinə, müasir avadanlıqların gətirilməsinə baxmayaraq, peşəkar kadr azlığı və həkimlər tərəfindən düzgün diaqnozun qoyulması ilə bağlı ciddi problemlər var. Bu da bir sıra hallarda xəstələrin əlil olmasına, əmək qabiliyyətini itirməsinə, hətta dünayalarını dəyişməsinə səbəb olur.
“Həkimlər məsuliyyətsizlik edirlər. Müşahidələr onu göstərir ki, xəstə müraciət edərkən həkim diaqnozu dəqiqləşdirmədən müalicəyə başlayır. Xəstənin vəziyyəti ağırlaşanda isə “mənim əlimdən heç bir şey gəlmir özünü Bakıya çatdır” deyir. Bu yolverilməz hal sayılır”, - deyə mütəxəssis Soltan Rəhimov vurğulayıb.
Mütəxəssislər onu da deyirlər ki, bəzi həkimlərin səhlənkarlığı və ya savadsızlığı səbəbindən insanların həyatları təhlükə altında qalsa da, onlara demək olar ki, cəza verilmir. Bu da belə halların tez-tez baş verməsinə səbəb olur.
Bölgələrdən paytaxta gedən xəstələrin yalnız göndəriş əsasında qəbul olunması isə belə insanların vəziyyətini daha da ağırlaşdıra bilər. Onların İran, Gürcüstan və digər ölkələrə axınını sürətləndirər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar