Xəbər lenti
Saakaşvili bu tarixdə öldürülə bilər - ŞOK İDDİA
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili oktyabrın 17-də öldürülə bilər.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, Krım tatar televiziyası ATR-in baş direktor müavini Ayder Mujdabayev feysbuk səhifəsində yazıb.
“Saakaşvilini qətl gözləyir. Ola bilər ki, bu, oktyabrın 17-də baş versin. Onu Rusiya QRU-sunun (Rusiya Müdafiə Nazirliyi Baş qərargahına məxsus Baş Kəşfiyyat İdarəsi - red) agentləri izləyir və Moskvadan əmr olacağı halda öz işlərini görəcəklər. Əmri veriləcəyi hələ sual altındadır. Əgər əmr verilərsə, o zaman əlbəttə, məsuliyyətin Ukrayna hakimiyyətinin və dolayı yolla prezident Poroşenkonun üzərinə atılması cəhdi olacaq”, - o qeyd edib.
Jurnalist hesab edir ki, Ukrayna hakimiyyəti tam ölçüdə Saakaşvilinin təhlükəsizliyinin qayğısına qalmalıdır.
Qeyd edək ki, oktyabrın 17-də Kiyevdə Saakaşvilinin partiyasının genişmiqyaslı aksiyası nəzərdə tutulub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































