Xəbər lenti
“Məni ABŞ kəşfiyyatı devirdi” - Eks-prezident
“Lalə inqilabı” inqilab yox, faktiki olaraq dövlət çevrilişi idi.
Manevr.az xəbər verir ki, bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Qırğızıstanın eks-prezidenti Əsgər Akayev söyləyib. Onun sözlərinə görə, bu çevrilişi ABŞ kəşfiyyatı təşkil edib:
“Onlar bu işdə iştirak etdiklərini gizlətmirdilər. Bu işlə ABŞ səfiri Stiven Yanq açıq şəkildə məşğul olurdu. Bizdən öncə Gürcüstan və Ukrayna inqilabları olmuşdu. Onlara elə gəlirdi ki, demokratikləşmə uğurla gedir və bu təcrübəni Mərkəzi Asiyada da yaymaq lazımdır. “Lalə inqilabı”nı planlaşdırdılar, amma inqilab yox, dövlət çevrilişi etdilər. Təxminən bir ay sonra onlar eyni inqilabı Özbəkistanda, Əndicanda etmək istədilər, lakin bunun qarşısı sərt şəkildə alındı.
Amerikalılar həmişə hesab edirdilər ki, Qırğızıstan Mərkəzi Asiyanın demokratiya adası, prezident Akayev isə Ceferson idi. 2004-cü ildə ABŞ Dövlət Departamenti mənə “Manas” aeroportunda “Avaks” sistemlərinin yerləşdirilməsi üçün müraciət etdi. Bunun üçün Dövlət katibinin köməkçisi də Qırğızıstana gəldi. Avaks “Boinq” üzərində olan radiolokasiya stansiyası idi. O, Qırğızıstanda səmaya qalxanda 3 min kilometr məsafədə hər şeyi görürdü. Bu, Çinlə Rusiyanın yarısı demək idi. Biz buna icazə verə bilməzdik. Bundan sonra onlar məni devirmək qərarına gəldilər”.(axar.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar