Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şərəfli alim ömrü

Tarix: 10-10-2017 12:28     Baxış: 3260 A- / A+
Şərəfli alim ömrü


Təsəvvüf nurunun çıraqlarından biri, islam dünyasının məşhur sufilərindən olan Həllac Mənsur hələ IX yüzildə deyirdi ki, bir şeyi dərk etmək - sadəcə onun özünü deyil, həm də bu şeydə təcəlli edən MÜTLƏQİ görməkdir. Mütləq isə heç bir şeydən asılı olmayan, bütün mövcudiyyatı özündə əks etdirən və onu yaradan əbədi, sonsuz, şərtsiz, bitkin və dəyişməz subyekti ifadə edir. Mütləqiyyətin şəriksiz sahibi Tanrıdır. Tanrı yaratdıqları varlıqlara da bu əsrarəngiz xüsusiyyətlər bəxş etmişdir. Yaradan yer üzünün əşrəfi olan insana isə daha çox mütləqiyyət sahibliyi vermişdir. İnsanlar dünyaya fərd kimi gələrək, şəxsiyyət kimi formalaşıb kamillik məqamına ucalırlar. Bu yola isə müdrik, kamil insan yolu deyilərək, digərlərinə nümunə kimi göstərilir.

Ömrünü, illərini elmə, təhsilə, təlim-tərbiyəyə həsr etmiş kamil insanlardan biri də həyatının ən gözəl çağında 60 illiyini qarşılayan hüquq elmləri doktoru, professor Məhəbbət Dəmirçiyevadır.

10 noyabr 1957-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində Dəyirman kişinin ailəsində dünyaya göz açan körpə Məhəbbətə Tanrı hər türlü ailə xoşbəxtliyi vermişdi. Atası kənddə və rayonda sayılıb-seçilən, nüfuz sahibi olan kişilərdən biri idi. Bu xoşbəxtliklər içində böyüyən Məhəbbət xanım 1964-1974-cü illərdə Daş Salahlı kəndində 1 №-li orta məktəbdə təhsil alır. Orta məktəbdə çalışqanlığı və gözüaçıqlığı ilə seçilən Məhəbbət xanım məktəbi bitirdikdən sonar atasının arzusu və özünün istəyi ilə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olur. 1976-1981-ci illərdə Universitetdə təhsil alan Məhəbbət xanım Universiteti bitirdikdən sonar təyinatla Türkmənistan SSR Nebet-Daq şəhərinə göndərilir. 1981-ci ildən 1987-ci ilədək gənc mütəxəssis kimi bu şəhərdə çalışmışdır. Məhəbbət xanımın hüquq elmininə olan marağı onu bu sahədə tədqiqatlar aparmağa sövq edir və o, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində çalışmağa başlayır. Uzun illər ərzində elmin sirlərinə yiyələnmək üçün o, çoxlu araşdırmalar aparır. Onun elmi işlərinin bir hissəsi ölkədən kənarda yerinə yetirilmişdir. O, 1996-cı ildə Tbilisi Dövlət Universitetində "Ailədə uşaqların tərbiyəsinin hüquqi və sosial problemləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alır. Bundan sonra da elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirən Məhəbbət xanım ictimai-sosial fəaliyyətlə də ciddi məşğul olur. Əsas elmi tədqiqat sahəsi ailə hüququ məsələləri olduğundan onu cəmiyyətdə hər kəs daha yaxşı tanıyardı. O, mütəmadi olaraq mətbuatda, televiziya və radioda tez-tez çıxışlar edərək sadə vətəndaşların üzləşdikləri problemlərlə bağlı qanunvericiliklə tənzimlənən məsələlərdən danışır, ona ünvanlanan çoxsaylı suallara və problemlərə aydınlıq gətirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi digər dövlət qurumları ilə və ölkədə fəaliyyət göstərən QHT-lərlə birgə proqramlar hazırlayıb layihələr həyata keçirir. Bu tip layihələrin və proqramların həyata keçirilməsi zamanı hüquqi məsələlərdə, elmi mülahizələrdə daim öz kömək və məsləhətlərini əsirgəməyən professor Məhəbbət xanım Dəmirçiyeva hər zaman öz aktivliyi ilə fərqlənən alimlərdən olub. O hər zaman övladlarına, tələbələrinə və yoldaşlarına bir şeyi yüksək foramada anlatmağa çalışır: "Layiqli və ləyaqətli vətəndaş olmağı". Ona görə də Məhəbbət xanımın bütün əməlləri, işləri, fəaliyyəti dövlətimizin inkişafına xidmət edən sağlam düşüncəli, sağlam ruhlu, savadlı vətəndaşların yetişdirilməsinə yönəlikdir. Bu yöndə müvafiq dövlət qurumları ilə sıx işləyən Məhəbbət xanımın bir çox təklifləri də nəzərə alınmışdır. Bu təkliflər təbii ki, Məhəbbət xanımın elmi araşdırmaları sayəsində ortaya gəlmişdir. Ona görə də daim ömrünü elmi-pedaqoji fəaliyyətə, istimai-sosial sferanın problemlərinin hüquqi həllinə həsr edən, peşəkar hüquqşünas Məhəbbət xanım yenidən dissertasiya üzərində işləyərək, növbəti elmi ada iddialı olmuşdur. O, 2003-cü ildə yenə də Tbilisi Dövlət Universitetində "Azərbaycan Respublikasında nigah hüquq münasibətlərinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Onun aldığı hüquq elmləri doktoru diplomu 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur. Hüquq elmləri doktoru, professor Məhəbbət xanım Dəmirçiyeva Azərbaycan hüquq elmində öz sahəsinin ilk qadın elmlər doktorudur. O, uzun illərdir ki, qocaman ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüququ kafedrasının müdiri vəzifəsində çalışır. Onun "Mülki hüquq", "Ailə hüququ", "Mülki prosessual hüquq", "Müqayisəli mülki prosessual hüquq", "Ayrı-ayrı kateqoriya mülki işlərə baxılmasının prosessual xüsusiyyətləri", "Subyektiv hüquqların məhkəmədə müdafiəsi" üzrə apardığı mühazirə və seminarlar tədqiqat işləri olaraq 50-yə yaxın elmi, elmi-publisistik məqalənin, bir monoqrafiyanın, altı dərs vəsaitinin mövzusu olmuşdur. Onun yazdığı kitablar hüquq fakültəsinin tələbələri, magistr, aspirant və müəllimləri üçün böyük dəyər və qiymətə layiq görülərək tədrisdə geniş istifadə olunur.

Ömrünü, həyatını elmə, müəllimliyə həsr etmiş qeyrətli və şərəfli vətəndaş professor Məhəbbət xanım Dəmirçiyeva həm də gözəl ailə başçısı, ləyaqətli anadır. O, iki oğul anasıdır.

Ötkəm, mərd, məğrur olan Məhəbbət xanım bu gün də yüksək əhvalla, yorulmaq bilmədən elm, təhsil yolunda çalışır. Tələbələrinə hüquq elminin dərinliklərindən məlumat verir. Cəmiyyətin təməl prinsiplərində bərqərar olan ailə institutlarının formalaşmasında bütün imkanları daxilində var qüvvəsi ilə işləyir. Həm də professor Məhəbbət Dəmirçiyeva bütün varlığı ilə yaşadığı 60 illik həyatında millətinə, dövlətinə, Qazağa, Daş Salahlıya bağlı bir şəxsiyyət kimi ömrün kamillik zirvəsinə doğru irəliləyir.milli.az

Manevr.az

Şərəfli alim ömrü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar