Xəbər lenti
Putinin yubileyidir -FOTOLAR

Prezident ad günün ailəsi ilə keçirəcək.
Azərbaycanaın şimal qonşusu olan Rusiyanın dövlət başçısı ad günün qeyd edir. Manevr.az məlumatına görə, bu gün Vladimir Putinin yubileyidir. Onun 65 yaşı bitir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, oktyabrın 7-də V.Putinin Soçidə Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü nəzərdə tutulub.
Prezident ad günün ən yaxınları ilə qeyd etməyi planlaşdırıb. "O, adətən ad günlərini yaxınları- qohumları ilə, bəzən isə işçiləri, həmkarları ilə qeyd edir. Bu dəfə ad günü şənbə gününə təsadüf etsə də, onun işgüzar görüşləri var. Bundan başqa xeyli telefon danışığı planlaşdırılıb".
Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.
Rusiyanın dövlət və siyasi xadimidir. Rusiya Federasiyasının Prezidenti (2000-2008-ci illərdə və 7 may 2012-ci ildən), Rusiya Federasiyası Hökumətinin sədri (1999-2000; 2008-2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Federal Təhlükəsizlik xidmətinin direktoru (1998-1999-ci illərdə) kimi çalışıb.(İstipress)
Manevr.az





Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar