Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Gözəl Bayramlının həbs müddəti uzadıldı

Tarix: 06-10-2017 17:52     Baxış: 5197 A- / A+
Gözəl Bayramlının həbs müddəti uzadıldı


Oktyabrın 6-da Bakının Nəsimi rayon Məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində həbs qətimkan tədbirinin müddətinin daha 2 ay (dekabrın 15-dək) uzadılması barədə qərar qəbul edib. Gözəl Bayramlı məhkəmədə iştirak edib.


Bu barədə Amerikanın Səsinə vəkil Zübeydə Sadıqova bildirib.

AXCP sədr müavininin həbs qətimkan tədbirinin uzadılması barədə vəsatəti baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı ilə müstəntiq verib.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min ABŞ dollarI pul tapıldığı bildirilir.

"İş üzrə toplanmış istintaq materialları ilə həmçinin, müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib", rəsmi məlumatda deyilir.

G.Bayramlı deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib. Son illər Gürcüstanda 2 dəfə cərrahi əməliyyat olunub.

Bu gün Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə Gözəl Bayramlı çıxış edib və həbsdə saxlanmasına etiraz edib.

"Həbsim siyasi sifarişdir, siyasi fəaliyyətimlə bağlıdır. Həbsdə saxlanmağım da qanusuzdur. Artıq 5-ci aydır həbsdəyəm. Ancaq inidyidədk cəmi bir dəfə isitintaqda dindirilmişəm, bir dəfə də ekspertizanın nəticələri ilə tanış olmuşam. İnidyidədk 17 dəfə məhkəmə iclası olub, lakin heç bir vəsatətim təmin edilməyib”, vəkil Zübeydə Sadıqova Bayramlının məhkəmədəki çıxışına istnadən bildirib.

Müstəntiq məhkəmədə deyib ki, Gözəl Bayramlı barəsində həbs qətimkan tədbiri dəyişərsə onun Gürcüstana getmək ehtimalı və şahidlərə təzyiq etmək imkanları var.

Bu zaman müdafiə tərəfi iş üzrə şahidlərin artıq dindirildiyini, Bayramlının tanınmış siyasi xadim olduğunu və ölkəni tərk etməyəcəyini bildirib.

Lakin məhkəmə ittiham tərəfinin vəsatətini nəzərə alaraq həbs qətimkan tədbirinin müddətini daha iki ya uzadıb.

Vəkilin sözlərinə görə, Gözəl Bayramlının səhhətində problemlər qalmaqdadır.

"O çıxış edərkən ayaq üstə sərbəst dayana bilmədiyindən, stula dayaqlanaraq danışırdı. Bayramlı müalicəsinin mütəmadi davam etdirlməsində problemlərin olduğunu, saxlandığı kameranın dar olduğundan hərkətində məhdudiyyətlər yarandığını məhkəmənin diqqətinə çatdırdı”, - Zübeydə Sadıqova deyib. bakupost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar