Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Güləşçimiz dünya çempionu oldu

Tarix: 15-09-2016 09:14     Baxış: 5308 A- / A+
Güləşçimiz dünya çempionu oldu



Tibilisidə yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.

Çempionatın ikinci günündə - sentyabrın 14-də 42, 46, 69, 76 və 85 kiloqram çəkidə yunan-Roma güləşçiləri yarışıblar.

Güləşçilərimiz günü 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.

Çempionatda 42 kiloqram çəkidə mübarizə aparan Zaur Əliyev Yaponiya və Hindistandan olan rəqiblərini üstələyib. Yarımfinalda Ukrayna idmançısına uduzan güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Zaur Əliyev son görüşdə Ermənistan təmsilçisinə də qalib gələrək çempionatın bürünc medalını qazanıb.

Fail İskəndərov (46 kq) Hindistan, Meksika və İran güləşçilərinə qalib gələrək finala yüksəlib. Finalda güləşçimiz Özbəkistan təmsilçisinə tam üstünlüklə qalib gələrək dünya çempionatının qızıl medalına sahib olub.

Yarışda 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Ardıcıl olaraq İran, Özbəkistan, Gürcüstan və Türkiyə təmsilçilərini üstələyən güləşçimiz finala yüksəlib. Finalda Ülvi Qənizadə Qırğızıstan idmançısı ilə gərgin keçən görüşdən məğlub ayrılıb və çempionatın gümüş medalına yiyələnib.

Nəsir Həsənov (76 kq) da mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Xorvatiya, Özbəkistan, Belarus və Qazaxıstan təmsilçilərini mübarizədən kənarlaşdıran güləşçimiz finala yüksəlib. Finalda Rusiya təmsilçisinə uduzan Nəsir Həsənov çempionatı gümüş medalla başa vurub.

Qeyd edək ki, ilk yarış günündə güləşçilərimizdən Zaur Nuriyev (50 kq) bürünc medal qazanıb. AzərTac

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar