Xəbər lenti
Ukrayna parlamentində QALMAQAL -FOTO+VIDEO
Ukrayna Ali Radasında “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərin üzərində Ukraynanın dövlət müstəqilliyinin təminatı üzrə dövlət siyasətinin xüsusiyyətləri Haqqında” qanun layihəsinin müzakirəsində qalmaqal baş verib.
Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, müzakirələr zamanı deputat Nadejda Savçenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinova hücum edib.
Həmin vaxt Turçinov “Rusiya təcavüzü” adlanan qanun layihəsi haqqında danışırdı.
“Rusiyanın təcavüzkar kimi tanınması haqqında qərarın qəbulunu bloklamaq cəhdi var”, - Turçinov danışırdı.
Deputatlar arasında baş verən qalmaqallar nəticəsində Ali Radanın spikeri Andrey Parubiy plenar iclası bağlı elan etməyə məcbur olub.
“Biz Rusiyanı təcavüzkar tanımalı olduğumuz vaxtda tribunanın mühasirəyə alınması qəbuledilməz vəziyyətdir. Biz qanun layihəsinin müzakirəsini davam etdirəcəyik, amma bu gün Ali Radanın iclasını bağlı elan edirəm. Mən yenə vurğulamaq istəyirəm, həmkarlar, Rusiyanın təcavüzkar kimi tanınması haqqında qanun layihəsi bu zalda qəbul ediləcək”, - Parubiy bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar