Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

ADA Universiteti ilə BAMF arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb -FOTOLAR

Tarix: 05-10-2017 21:54     Baxış: 4438 A- / A+
ADA Universiteti ilə BAMF arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb
Bu gün ADA universitetində Azərbaycanın bu aparıcı ali təhsil ocağı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında birgə əməkdaşlıq memorandumu imzalandı.
Sənədə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev imza atdılar.

Manevr.az xəbər verir ki, imzalanma mərasimində çıxış edən ADA Universitetinin prorektoru F.İsmayılzadə bildirdi ki, son illər ADA Universiteti Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə məhsuldar əməkdaşlığı uğurla davam etdirir. ADA və BAMF birlikdə müxtəlif layihələr həyata keçirir, tədbirlərin, səfərlərin, həmçinin konfrans və forumların keçirilməsini birgə təşkil edirlər. Uğurlu əməkdaşlığın nəticəsi olan layihələri xatırlayan Fariz İsmayılzadə bunlar sırasında Nobel Sülh Mükafatı Laureatı, sosial biznes və mikrokreditin atası adlandırılan Məhəmməd Yunusun Azərbaycana baş tutan səfərinin birgə təşkilatçılığı, Avropa Birliyi və Dini qurumlar üzrə dövlət komitəsinin də dəstəyi ilə ADA və BAMF-ın təşəbbüsü ilə “Dinlərarası münasibətlərdə medianın rolu- Media və tolerantlıq” mövzusunda konfransın keçirilməsini göstərdi. Bununla yanaşı Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə BAMF-ın istehsal etdiyi, Qarabağ həqiqətlərini özündə əks etdirən, Baltikyanı və şərqi Avropa ölkələrində geniş auditoriyada göstərilən “Atəşkəs” sənədli filminin ADA universitetində də müəllim-tələbə kollektivinə təqdim olunub. Son olaraq isə 17-18 iyun tarixlərində Beynəlxalq Avrasiya Mətbuat Fondu ADA Universiteti ilə birgə 21 yerli və xarici tələbənin Azərbaycanın müharibədən zərər çəkmiş rayonlarına səfərini təşkil edib. İki günlük səfərdə iştirak edən tələbələrin Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, həmçinin Cəbrayılın Cocuq Mərcanlı eləcə də, Tərtərin Həsənqaya və Şıxarx kəndlərinə səfər etmək imkanları olub. Bu layihələri ciddi nəticə verən və səmərəli adlandıran, BAMF-ın prezidenti Umud Mirzəyevin bu istiqamətdə səylərini çox yüksək qiymətləndirən Fariz İsmayılzadə xüsusi vurğuladı ki, BAMF-la imzalanan memorandum ADA Universiteti tarixində bir ilkdir. Belə ki, bu ali təhsil ocağı ilk dəfədir ki, bir vətəndaş cəmiyyəti təmsilçisi və QHT-lə əməkdaşlıq haqqında memorandum imzalayır.

Xoş sözlərə görə təşəkkürünü bildirən BAMF prezidenti Umud Mirzəyev isə xatırlatdı ki, 1992-ci ildə dövlət qeydiyyatından keçən təşkilat dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurub. BAMF Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qarabağ müharibəsinin vurduğu maddi və mənəvi ziyanların aradan qaldırılması, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, habelə müstəqil medianın inkişafı istiqamətlərində çox böyük və səmərəli işlər görüb. Bundan başqa, nüfuzlu qurum Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi, innovativ ideyaların həyata keçirilməsi, dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin stimullaşdırılması sahəsində prinsipial fəaliyyət aparır. Bu fəaliyyət sahəsinin ən vacib məkanı isə məzh Azərbaycandadır. Azərbaycanın dövlət və özəl qurumları ilə səmərəli əməkdaşlıq quran BAMF bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək. ADA ilə əməkdaşlıq isə hazırda BAMF-ın ən ümdə prioritetlərindən biridir. BAMF Universitetlə olan əməkdaşlığını yüksək qiymətləndirir və xüsusilə tələbələrlə iş sahəsində fəal əməkdaşlıq edir. Son 2 il ərzində BAMF beynəlxalq ekspertlərin iştirakı ilə tələbələrin təcrübəsini, əlavə bilik və bacarıqlarını artırmaq üçün bir sıra mühazirə və treninqlər təşkil edib. Bundan başqa BAMF-ın dəstəyilə tələbələrin bir neçə dəfə Azərbaycanın rayonlarına səfərləri təşkil edilib. Burada ADA-nın xüsusilə xarici tələbə və müəllim heyətinin qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmaq, araşdırma aparmaq və hesabatla çıxış etmək imkanları olub. Bu yaxınlarda isə ADA Universitetinin bir neçə tələbəsi BAMF-ın Bakıdakı ofisində təcrübə keçmək imkanı qazanıblar. Bir neçə ay ərzində ADA Universitetinin tələbələri mütəmadi olaraq təşkilatın layihələrlə bağlı, məruzələrin yazılması və müxtəlif yazıların dərc edilməsinin də daxil olduğu fəaliyyətlərinə cəlb ediliblər. Bundan əlavə tələbələr BAMF-ın təşəbbüsü ilə yaradılmış 5 dildə (Azərbaycan, Ingilis, Rus, Türk və Ərəb) fəaliyyət göstərən Eurasia Diary portalı ilə birgə işə cəlb olunub.Onların əksəriyyəti portalın peşəkar readaktorları ilə məsləhətləşdikdən sonra burada öz məqalələrini dərc etdiriblər və BAMF-da təcrübəni uğurla keçdikdən sonra sertifikat alıblar.

BAMF prezidenti hər bir Azərbaycan vətəndaşı kimi, onun da ADA Universiteti kimi təhsil ocağının mövcud olmasından qürur duyduğunu bildirərək, əlavə etdi ki, memorandumun imzalanması hər iki qurumun fəaliyyətinə, o cümlədən ölkədə vətəndaş cəmiyyətinin inkişafına yeni imkanlar açacaq. İmzalanma mərasiminin məhz 5 oktyabr müəllimlərin peşə bayramına təsadüf etməsini isə BAMF prezidenti tarixə düşəcək əlamətdar hadisə adlandırdı.

ADA Universiteti ilə BAMF arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb
ADA Universiteti ilə BAMF arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb
ADA Universiteti ilə BAMF arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb
ADA Universiteti ilə BAMF arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb
ADA Universiteti ilə BAMF arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb
ADA Universiteti ilə BAMF arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb
ADA Universiteti ilə BAMF arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar