Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bir payız axşamı...

Tarix: 04-10-2017 22:39     Baxış: 4405 A- / A+
Bir payız axşamı...

O axşam hava sevənlərin idi. Sevgini duyanların idi. Sevgi havasıydı. Sevənlər havaya baxıb havalanırdılar. Nə pəncərələrində işıqları yanan evlər onun fərqindəydi, nə də nələri isə axtaran polis onun fərqində.

Nazim Hikmət demiş: “Ne sen bunun farkındasın, ne polis farkında”.

Üzünün, ruhunun işığı su basmış yollara işıq salırdı. Oynaşan damcılar bərq vururdu o işıqda.

Sən o axşam həmişəkindən daha gözəl idin. Ruhun gülürdü.

... O bir payız axşamı idı.

Çoxlarının sevdiyi yağışlı bir payız axşamı.

Amma elə bil o yağış iki nəfər üçün yağırdı.

Sənin üzünə yağan yağış...

Sanki hələ də royaların, nağılların içindəyəm. Bunun reallıq olduğuna özüm də inana bilmirəm. O gün, o xoş zaman bir də təkrarlanacaqmı? Olanları bir də yaşayacağıqmı?

Bizə sevincin, yaşamağın şirinliyini yaşadan axşamın əllərindən tutub saxlamaq istəyərdim. Dondurmaq istəyərdim zamanı. Təki qurtarmayaydı o axşam. Ağlayan buludun göz yaşları içimizi yenə də sərinləşdirəydi kaş.

Ruhumuzu oxşayaydı.

Suların şırıltısı, yamşayıl otlar, yarpaqlar o alatoranlıqda payız ömrünün baharını bəxş edirdi bizə.

Hər şey təbii idi o axşam. Hava da. Biz də. Ətraf da.

Ilk dəfəydi qoluma girirdin, elə bildim elektrik keçdi içimdən. Ürəyim buna tab gətirəcəkmi?-deyə söylədim özüm-özümə. Arzusudu, dedi.

Çətirini başımıza tutmuşdum. Qanadlarımtək. Çətirə dəyən damcılar Şopenin nöktürnlərini səsləndirirdi. Sən mən tərəfə çönəndə çətirdən yayınan damcılar aramızdan buxarlanırdı.

* * *

Kim bilir, bəlkə də ömrümüzə hələ bundan sonra çox payızlar gələcək. O payızlarda da belə yağışlar da yağacaq. Biz də olcağıq. Amma o an, o məqam o vaxtkı kimi olmayacaq.

Nə sular elə səs salacaq, nə gecə elə sakit olacaq, nə də biz o olacağıq. Ya içimizin sakitliyi fərqli olacaq, ya havanın. Ya da dəyişən nələrsə olacaq.

Bir ömür qədər yaşanan an, yaddaşa tarix yazır.

Əlvan, çox əlvan bir xəttlə. Açıb oxuya bilirsən. Dönüb baxa bilirsən. Üzünü sığallaya bilirsən. Təbəssümlə dolu donub qalmış üzünü. Xatirələrdə...
O axşam hər şey fərqli idi.

Zaman da. Ovqat da. Qərarlar da.

Hər şeyi dəyişə bilən o gün də, o axşam da.

Üzümüzün və içimizin yanğısını yuyan yağış da.

O, axşam.
Bizləri xoşbəxt edən anların məkanı, O, axşam......

Həyat yaşamağı bacaranlarındır.

O axşam hava sevənlərin idi...

Rəfail Tağızadə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar