Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Milli Şuranın taktikası yanlışdır" - Fazil Mustafa

Tarix: 14-09-2016 19:33     Baxış: 4518 A- / A+
"Milli Şuranın taktikası yanlışdır"



Siyasətdə öz məqsədlərini həyata keçirmək üçün din amilindən siyasi alət kimi istifadə etmək yanlış taktikadır.

Manevr.az xəbər verir ki, bunu "Trend"ə Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinqdə Əli Kərimlinin dindarları da cəlb etməsi cəhdinə münasibət bildirərkən deyib.

F.Mustafa bildirib ki, siyasətdə daha çox demokratik ölçülərdə hərəkət etmək lazımdır: “Radikal dindarların da cəlb edilməsi ilə mitinq keçirmək taktikası ağıllı taktika deyil. Mitinq keçirmək bir hüquqdur və referendum ərəfəsində dövlət orqanları da doğru olaraq buna imkan yaradıblar, razılıq veriblər, amma bu o demək deyil ki, meyillənmə demokratik resurslar çərçivəsindən çıxmalıdır. Müxalifət qüvvələri dini siyasətə alət etmək addımından çəkinməlidir. Çünki bu daha çox onların, ümumilikdə dövlətin, cəmiyyətin ziyanına ola biləcək bir məsələdir”.

Əli Kərimlinin Müsavat Partiyasından bir gün öncəyə, yəni sentyabrın 17-nə yenidən mitinq təyin etməsi məsələsinə gəlincə isə, F.Mustafa bildirib ki, bu addım müxalifətdə niyyətlərin fərqli olmasından irəli gəlir:

“Niyyətlər demokratiya uğrunda mübarizə deyil axı. Niyyətlər kimin önə çıxmasıdır, kimin daha çox "mən müxalifət adına sahibəm" deyə bu iddianı gündəmdə saxlamasıdır. Əsas budur, ona görə başqa cür addım gözləmək də olmazdı”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar