Xəbər lenti
Gənc şairlər Sumqayıt Regional Asan Xidmət Mərkəzində qonaq olub -FOTO

Manevr.az xəbər verir ki, bu gün Sumqayıt Regional ASAN XİDMƏT Mərkəzinin təşkilatçılığı ilə AYB-nin üzvləri, gənc şairlər Emil RASİMOĞLU və Ümid NƏCCARİ ilə Mərkəzin könüllü gənclərinin görüşü baş tutub.
Mərkəzin əməkdaşı Həcər İsmayılzadə qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra gənc yazarların ədəbi yaradıcılıqlarından bəhs edib. Sonra çağdaş Azərbaycan ədəbiyyatının və eləcə də dünya ədəbiyyatının bu günündən, xüsusilə də ölkə və dünya ədəbi prosesindən söz açılaraq sual-cavab əsasında gənc yazarlarla gənclər arasında ədəbi polemika yaradılıb.
Tədbir zamanı Emil Rasimoğlu və Ümid Nəccari görüş iştirakçılarının istəyi ilə öz şeirlərindən bir neçəsini söyləyib, sonda xatirə şəkili çəkdiriblər.
Sadiq Yusifov
AMEA-nın əməkdaşı

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar