Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Şair Sabir Yusifoglunun yeni şeirlər kitabının təqdimatı olub -FOTOLAR

Tarix: 30-09-2017 21:59     Baxış: 3605 A- / A+
Şair Sabir Yusifoglunun yeni şeirlər kitabının təqdimatı olub


Manevr.az xəbər verir ki, bu gün S.Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxanasında istedadlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü “Dünyanı özümlə aparmıram ki...”, “Yaşamağa bəhanə çox”, “Mənə bir məktub göndər” şeir kitablarının müəllifi Sabir Yusifoglunun növbəti- "Dünya ilə heç-heçəyəm" adlı şeirlər kitabının təqdimatı oldu.

Tədbirin aparıcısı, şair Rafiq Oday S. Yusifoğlunun keçdiyi həyat yolundan və yaradıcılığından geniş bəhs etdi. Sonra sözü AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinə verdi. O şairi hələ gənclik illərindən tanıdığını, onun yaradıcılığına və şəxsiyyətinə həmişə hörmətlə yanaşdığını dilə gətirdi.
Yazıçı-dramaturq Əyyub Qiyas, şairlərdən Əli Nəcəfxanlı, Zirəddin Qafarlı, Asif Asiman, Namiq Dəlidağlı, Nazir Rüstəmli, Fəxrəddin Usta, Qənirə Mehdixanlı, Nisə Qədirova, Qaratel Azəri, yazıçı Mənsurə Eldarqızı, xalçaçı rəssam Fazil Abbasquluzadə, mərkəzi kitabxananın müdiri Yeganə Əhmədova şairin yeni kitabı barədə ürək sözlərini söylədilər, ona yaradıcılıq uğurları arzuladılar. Sabir Sarvan adına uşaq poeziya klubunun üzvü olan balaca fidanlar şairin şeirlərindən nünunələr söylədi, tədbirə yeni rəng qatdılar.
Müəllif tədbir boyunca öz şeirlərindən söylədi, yeni kitabından imzalayaraq oxuculara hədiyyə etdi. S.Yusifoğlu sonda tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirdi.
Sevinc QƏRİB

Manevr.az

Şair Sabir Yusifoglunun yeni şeirlər kitabının təqdimatı olub
Şair Sabir Yusifoglunun yeni şeirlər kitabının təqdimatı olub

Şair Sabir Yusifoglunun yeni şeirlər kitabının təqdimatı olub
Şair Sabir Yusifoglunun yeni şeirlər kitabının təqdimatı olub
Şair Sabir Yusifoglunun yeni şeirlər kitabının təqdimatı olub
Şair Sabir Yusifoglunun yeni şeirlər kitabının təqdimatı olub

Şair Sabir Yusifoglunun yeni şeirlər kitabının təqdimatı olub
Şair Sabir Yusifoglunun yeni şeirlər kitabının təqdimatı olub

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar