Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağa gedən türkiyəlilərdən Bakıya daha bir xəyanət

Tarix: 30-09-2017 12:49     Baxış: 5278 A- / A+
Qarabağa gedən türkiyəlilərdən Bakıya daha bir xəyanət

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Türkiyə vətəndaşları – HDP-nin keçmiş İstanbul millət vəkili Ufuk Uras, yazar Sait Çetinoğlu, jurnalistlər Əli Bayramoğlu və Erol Katırcıoğlu qondarma “DQR” rejiminin “Artsakhpress” qəzetinə açıqlama verib.

Manevr.az xəbər verir ki, U.Uras Türkiyəni öz tarixi ilə üzləşməyə və qondarma “erməni soyqırımı”nı tanımağa çağırıb.

U.Uras Azərbaycanı da təhdid edərək, “Qarabağ münaqişəsinin müharibə yolu ilə həllinin olmadığını” iddia edib.

O, Qarabağa qanunsuz səfər etdiyinə görə, Azərbaycanın “qara siyahısı”na düşməkdən qorxmadığını da bildirib.

“Yağışa düşənin islanmaqdan qorxusu yoxdur”, - deyə o qeyd edib.

Türkiyədə əksər insan tərəfindən vətən xaini elan edilən U.Uras iddia edib ki, “Qarabağ problemi “erməni soyqırımı” ilə əlaqəlidir.

“Hesab edirəm ki, Türkiyə Ermənistanla sərhədləri indi açmalıdır”, - deyə o Azərbaycana qarşı çıxışını davam etdirib.

Qeyd edək ki, Azərbaycan Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşlarının həbs olunaraq, məhkəmə qarşısına çıxarılmasını istəyir. Türkiyə ictimaiyyəti də bu tələbi dəstəkləyir.Publika.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar