Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlılar erməni nazirə qarşı aksiya keçirir - FOTO

Tarix: 14-09-2016 15:25     Baxış: 4531 A- / A+
Azərbaycanlılar erməni nazirə qarşı aksiya keçirir


Ukraynada yaşayan azərbaycanlılar Kiyevdə Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında etiraz aksiyası keçirirlər. Onlar son vaxtlar Ukraynada azərbaycanlılara qarşı cinayətlərin artmasına, xüsusilə adam oğurluğu hallarına DİN tərəfindən lazımi reaksiya verilməməsinə, tədbirlər görülməməsinə etiraz edirlər.

Mitinq iştirakçılarının APA-ya verdiyi məlumata görə, aksiyaya müxtəlif şəhərlərdən gələn 200-dən çox azərbaycanlı qatılıb.

Aksiya iştirakçıları daxili işlər naziri Arsen Avakovdan son 2 ildə - o, nazir təyin ediləndən bəri 20-dən çox azərbaycanlı iş adamının və iş adamlarının övladlarının oğurlanmasına, tanınmış azərbaycanlılara qarşı sui-qəsdlərin üstünün açılmamasına aydınlıq gətirməsini tələb edirlər.

Hazırda aksiya davam edir.

Qeyd edək ki, Ukrayna DİN-in rəhbəri milliyyətcə erməni olan Arsen Avakovdur. Ötən gün A.Avakova qarşı Ukrayna Baş Prokurorluğunda korrupsiya ittihamı ilə araşdırmalara başlanılıb.

Manevr.az

Azərbaycanlılar erməni nazirə qarşı aksiya keçirir

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar