Xəbər lenti
Gənc müəllimlər and içdilər -İSMAYILLIDA\ FOTOLAR
Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada aparılan müsabiqə nəticəsində İsmayıllı rayonunun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə qəbul edilən müəlimlərin toplantısı keçirilib.
Bu gün isə, işə qəbul olunan gənc müəllimlərlə İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında görüş olub. Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov əmək fəaliyyətinə yenicə başlayan müəllimlərin qarşısında duran vəzifələrdən söz açıblar. Ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışan natiqlər gənc müəllimləri təbrik edib, onlara məsul və şərəfli işlərində uğurlar arzulayıblar. Gənc müəllimlərdən Nərmin Baxışlı, Səbinə Bağırova göstərilən diqqət və qayğıya, onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Azərbaycan Respublikasının Dövlət Bayrağı altında təntənəli şəraitdə and icən gənc müəllimlər bu şərəfli adı həmişə uca tutacaqlarına söz veriblər. Xatırladaq ki, “Müəllim andı” Azərbaycan Respublikası Təhsil Nazirliyi 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə “Müəllimlərin etik davranış qaydaları” tərkibində təsdiq edilib.
Elnarə Günəş, AJB-nin üzvü
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar