Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Cavid Qurbanov: BTQ istifadəyə hazırdır

Tarix: 27-09-2017 20:45     Baxış: 4374 A- / A+
Cavid Qurbanov: BTQ istifadəyə hazırdır

Azərbaycan, Gürcüstan və Türkiyə rəsmiləri Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının icra vəziyyəti ilə tanış olublar

Manevr.az bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimiayyətlə əlaqələr şöbəsindən trend-ə verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze və Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, dəmir yolu bağlantısında aparılan tikinti və son tamamlama işləri, yolun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ-nin açılışa hazırlığı ilə maraqlanıblar.

Qeyd edək ki, tədbirdə üç ölkənin nəqliyyat strukturlarının rəhbərləri ilə yanaşı, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Dursun Həsənov, Zəki Ləvənt Gümrükçü və digər rəsmi şəxslər iştirak ediblər.

C.Qurbanov kütləvi informasiya vasitələrinə verdiyi məlumatda bildirib:
"Bakı-Tbilisi-Qars yeni dəmir yolunu test etdik. Yeni dəmir yolu artıq istifadəyə hazırdır. Prezidentin iştirakı ilə rəsmi açılışdan sonra Bakı-Tbilisi-Qars yeni dəmir yolu tam istifadəyə veriləcək".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar