Sizin Reklam Burada
Xəbər lenti
29-04-2026
28-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Burnum axır, fürsər baxır, köhnə çaxır" -Elzadan yeni şeir

Tarix: 26-09-2017 13:43     Baxış: 5323 A- / A+
"Burnum axır, fürsər baxır, köhnə çaxır"

Manevr.az Əməkdar artistin “Burnum axır, fürsər baxır, köhnə çaxır” adlı yeni şeirini təqdim edir:

Qazanım daşdı
Kəfini yedim
Qapağını açdım
Üzünü yedim.
Qarışdırıb içini yedim
Yedim, yedim
Dibini yedim.
Qazıb, qazıb deşdim dibini
Qazanın.
Kəfkirim azıb
Dibi deşik qazandan
Çıxdı havaya,
Mən də baxdım
Kəfkirdən
Deşik-deşik dünyaya.
Qonaq olduq
Həsrətini çəkdiyim
Röyaya.
Buzlanmış şaxtadan beynim
İsti şorbayadır meylim.
Köhnə saat kəfkiri
Çalırdı tamam.
Təzə dərdin yaşları
Burnumdan daman.
Günahlarımı içimdə
Mən boğan adam.
Köhnə saat kəfkiri
Vur, vur
Vur əqrəbi
Çalsın, çalsın.
Saniyələr səs salsın
Burnum axır
Fürsər baxır,
Köhnə çaxır
Vaxt yetişir
Kəfkir vurur tamamı,
Əqrəb çalır zamanı
Səs düşəndə axanı
Çəkin, udun,
Silin, atın
Burnunuzdan pisləri
Köhnə saat kəfkiri
Görür hissləri,
Örtür bizləri.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar