Xəbər lenti
Əsirləri qoyun kimi tavandan asdılar, başların kəsdilər - İŞİD-dən qandonduran vəhşilik

İŞİD terror təşkilatının Suriyadan yaydığı videoda əllərindəki əsirləri qoyun kimi qarmaqla tavana asdıqları, Amerika agenti olduğu üçün günahlandıran bir qurbanın boğazını kəsdikləri görünür.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD törətdiyi vəhşilik görüntülərinə bir yenisini daha əlavə edib. Əllərindəki məhkumların başlarını kəsən və qan donduran cinayətlər həyata keçirən təşkilat bu dəfə Qurban bayramı üçün bir video görüntü hazırlayıb. Videoda terrorçuların Suriyanın şimal-şərqindəki Deyr Ez Zorda onlarca əsiri qurbanlıq qoyunlar kimi qarmaqla ayaqlarından tavana asdığı görünür.
Dəhşətli videoda əlində böyük bir bıçaq olan terrorçu Amerika agenti olmaqla günahlandıran bir əsirin boğazını kəsir. Bir başqa diqqət çəkən kadrda üzü örtülü bir terrorçu qolları arxadan qandallanmış iki əsiri dirsəklərindən heyvan kimi tutaraq vəhşiliyin törədildiyi otağa sürüyür.
"İlluziya göstərmə" adı verilmiş video Qurban Bayramının ilk günü yayılıb. 12 dəqiqəlik videoda Tom Cruzun baş rolda oynadığı 2015-ci ildə çəkilmiş "Mission: Impossible - Rogue Nation" filmindən də bir hissə var.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar