Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

TORPAGA BİR TABUT SÖZ BASDIRDILAR... -Məmməd ASLANın vəfatından 2 il ötür

Tarix: 23-09-2017 09:29     Baxış: 3376 A- / A+
TORPAGA BİR TABUT SÖZ BASDIRDILAR...



Sentyabrın 23-də Dədə şairimiz Məmməd ASLANın bu gidi dünyaya "əlvida" dediyi vaxtdan 2 il ötür. Ruhu şad olsun.


Manevr.az Namiq DƏLİDAĞLInın unudulmaz şairimizin əziz xatirəsinə yazdığı şeiri təqdim edir:

TORPAGA BİR TABUT SÖZ BASDIRDILAR...

I

İnsanlar bir tabut söz qaldırdılar,
bu sözün altında hər ürək dözməz.
Torpağa bir tabut söz basdırdılar...
çəkəcək canına sözün qanını,
yeyib dadlanacaq, sözü, şeiri,
gözü doymayacaq bu şirin daddan.
...Torpağa bir tabut söz basdırdılar...
indi kəpənəklər sözə qonacaq,
arılar şirəsin sözdən çəkəcək.
ürəkdən çəkəcək, gözdən çəkəcək.
Bu məzar söz adlı bar gətirəcək,
çiçək bitirəcək, gül bitirəcək...
Burda "göyərəcək, hər kəlmə, hər söz".

II

Uca kürsülərdən şeir deyirlər,
"söz satıb" nə qədər çiçək alırlar,
şairlər güllərdən şirə çəkirlər,
şeir hörürlər...
...Şairlər üzünə söz tutub ölür.
Söz tutub üzünə gedir şairlər,
haqqın dərgahına və ayağına...
Bir az yüngül olur şair cəzası,
sözə bağışlanır nə günahı var...
...şair öldü!


Namiq DƏLİDAĞLI
24.09.2015

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar