Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Tanışının gözünü daşla çıxardı:6 il cəza gözlənilir

Tarix: 19-09-2017 17:57     Baxış: 5324 A- / A+
Tanışının gözünü daşla çıxardı:6 il cəza gözlənilir
Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində tanışının gözünü çıxarmaqda təqsirləndirilən Bünyad Ağayevin cinayət işi üzrə məhkəmə prosesi baş tutub

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror bildirib ki, təqsirləndirilən şəxs Bünyad Ağayev tanışı Coşqun Tağıyevlə mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib. Bünyad Ağayev yerdən götürdüyü daşla Coşqun Tağıyevi vurub. Daş C.Tağıyevin sol gözünü tamamilə dağıdıb və o, görmə qabiliyyətini itirib.

Prokuror Cinahət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinən və məhkəmə istintaqı zamanı əməli sübut edilən Bünyad Ağayevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini, onun barəsdinə polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilərək məhkəmə zalında həbs edilməsini istəyib.

Prokuror zərərçəkmiş Çoşqun Tağıyevin şikayətçi olmamasını, təqsirləndirilən şəxsin ilk dəfə məhkum olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasını istəyib.

Məhkəmədə təqsirləndirilən şəxsin vəkili də müdafiə çıxışı edib və müvəkkilinə aşağı həddə cəza təyin edilməsini istəyib.

Növbəti prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edəcək və hökm oxunacaq.

Məhkəmə prosesi sentyabrın 22-nə təyin edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar