Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Ürəyin istəmir, alma...” - Məşhur market müştəriləri belə aldadır

Tarix: 15-09-2017 17:48     Baxış: 5238 A- / A+
“Ürəyin istəmir, alma...”
Bakıda daha bir market müştərini aldatmaq istəyib.

Bu barədə “qafqazinfo”ya Mircəlal Məcidov şikayət edib. O bildirib ki, “Fresco” marketin Nəsimi rayonu, S.Rəhimov küçəsi, 179A ünvanında yerləşən filialında satıcıların qanunsuz hərəkəti ilə üzləşib:

“Hər gün bu marketdən alış-veriş edirəm. Hər dəfə də meyvə bölümündə problemlə rastlaşıram. Satıcılar ucuz meyvənin üzərinə baha meyvənin qiymətini vurur. Bu hal birinci dəfə deyil. Bundan əvvəl də bir neçə dəfə belə hal yaşanmışdı. Bu gün piştaxtada qiyməti 2.58 olan şaftalını daha baha, 2.75 qəpiyə satdılar. Satıcıdan niyə baha qiymət yazdığını soruşduqda kobud şəkildə cavab verdi. Dedi ki, ürəyin istəmir, alma. Biz beləyik”.

Şikayətçi daha sonra supermarketin cavabdeh şəxslərinə məlumat versə də, problemin həll olunmadığını qeyd edib:

“ Şikayətimi marketin Yuliya adlı qadın əməkdaşına da bildirdim. Sadəcə susub, baxırdılar. Heç bir söz demədilər".

M. Məcidov qarşılaşdığı qanunsuzluqla bağlı İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi şəkildə şikayət etdiyini də bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar