Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Aleksandr Lapşin gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir" -Fuad Ələsgərov

Tarix: 12-09-2017 13:53     Baxış: 6245 A- / A+
 "Aleksandr Lapşin gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir"


Manevr.az trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov Aleksandr Lapşinin əfvi və Mehman Əliyevin həbsdən azad olunması ilə bağlı sualları cavablandırıb.

- Hörmətli Fuad müəllim, Aleksandr Lapşinin əfvi və "Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyevin həbsdən azad edilməsi son günlər ən çox müzakirə olunan məsələlərdəndir. Bu qərarları necə şərh edərdiniz?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz fəaliyyətində humanizm ideya və prinsiplərinə sadiqliyini daim təsdiq edir.

Xatırlatmaq istərdim ki, 2017-ci il fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə bağlı olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncam imzalayıb. Bu Sərəncamın məqsədi azadlıqdan məhrumetmə ilə bağlı cəzaların tətbiqinin azaldılması və şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilmələrinə şərait yaradılmasıdır.

Digər tərəfdən, qəbul edilən çoxsaylı əfv və amnistiya aktları da bu humanist siyasətin tərkib elementləridir. Bildiyiniz kimi, 2003-cü ildən bəri qəbul edilmiş 5 amnistiya aktı 54 minə yaxın şəxsə tətbiq olunub. Eyni zamanda, həmin dövr ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3800-dən çox şəxsə şamil olunmuş 31 əfv sərəncamı imzalanıb. Bu sərəncamlarla azadlığa çıxmış şəxslərin arasında müxtəlif cinayətlərə görə məhkum edilmiş jurnalistlər, bloqqerlər də olub. Yəni, əfvlə bağlı məsələlər dövlət başçısının diqqət mərkəzindədir, onun tapşırığı ilə Əfv Məsələləri Komissiyası məhkum olunmuş şəxslərin müraciətlərinə müntəzəm olaraq baxır. Bu, dinamik bir prosesdir.

Aleksandr Lapşinin əfvinə də humanist məqsədlə atılmış növbəti addım kimi baxılmalıdır. Ümumiyyətlə, A.Lapşin ilə bağlı iki hüquqi prosedur paralel olaraq nəzərdən keçirilirdi - cəzasının çəkilməsi üçün onun vətəndaşı olduğu İsrailə verilməsi və ya əfv edilməsi. Lapşinin həm məhkəmə prosesi zamanı, həm də Azərbaycan Prezidentinə ünvanladığı müraciətlərdə törətdiyi cinayətdən səmimi peşmançılıq keçirdiyini etiraf etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsi, ailə vəziyyəti, xüsusilə azyaşlı övladının olması nəzərə alınaraq, cənab Prezident onun əfv olunmasını mümkün hesab edib və bu barədə müvafiq Sərəncam imzalayıb.

- İmzalanmış sərəncamdan sonra Lapşinin İsrailə verilməsi məsələsi hələ də gündəmdədirmi?

- Sualınızla bağlı bir məsələyə aydınlıq gətirmək istərdim. Əfv Sərəncamından sonra bir sıra kütləvi informasiya vasitələrində Aleksandr Lapşinin başqa bir dövlətə ekstradisiya olunacağı və ya təhvil veriləcəyi barədə məlumatlar yayılıb. Lakin burada müəyyən hüquqi anlayışlar qarışdırılır. Belə ki, Aleksandr Lapşin əfv edildiyi üçün onun hansısa dövlətə verilməsi məsələsi artıq gündəmdən düşüb. Beynəlxalq konvensiyalara görə, məhkum edilmiş şəxsin başqa dövlətə verilməsinin məqsədi onun cəzasını vətəndaşı olduğu ölkədə çəkməsidir. Cənab Prezidentin əfv Sərəncamından sonra Aleksandr Lapşin cəzasının qalan hissəsini çəkməkdən azad edilib və o, gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir.

Bizdə olan məlumata görə, A.Lapşin vətəndaşı olduğu İsrailə getmək arzusundadır. O, sağlamdır, səhhətində heç bir problem yoxdur və istədiyi zaman İsrailə gedə bilər.

- Mehman Əliyevin həbsdən azad edilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı dövlət başçısına şəxsən müraciət edib. Cənab Prezident yenə də humanizm prinsiplərini əsas tutaraq həmin müraciətə dərhal münasibət bildirib və Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə edib. Burada xüsusilə vurğulamaq istərdim ki, məsələ ilə bağlı dövlət başçısının prokurorluq və məhkəmə orqanlarına müraciəti tapşırıq deyil, məhz tövsiyə formasında olub.

Əslində, Mehman Əliyevin həbsdən azad edilməsi, habelə Nardaran hadisələrinə görə məhkum olunmuş bir sıra şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə bu yaxınlarda qəbul edilmiş qərarlar cənab Prezidentin 2017-ci il 10 fevral tarixli Sərəncamında əks olunmuş ideya və prinsiplərin reallaşdırılmasının təzahürüdür. Yeri gəlmişkən, bu Sərəncamın imzalanmasından sonrakı müddət ərzində aparılmış statistik hesablamalar göstərir ki, istintaq zamanı həbs edilmiş şəxslərin sayı 30 faiz azalıb.

Qeyd etməliyəm ki, həmin Sərəncamla verilmiş tapşırıqların icrası üzrə işlər bu gün də davam etdirilir. Belə ki, bu məqsədlə Cinayət Məcəlləsinə dəyişikliklərə dair hazırlanmış təkliflər artıq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Cinayət Prosessual və Cəzaların İcrası məcəllələrində dəyişikliklər üzərində iş isə yekunlaşmaqdadır. Hər üç məcəlləyə dəyişikliklərin eyni vaxtda qüvvəyə minməsi nəzərdə tutulur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar