Xəbər lenti
Milli Şura mitinq keçirdi - hakimiyyəti tənqid etdi
Bakıda Milli Şuranın sentyabrın 26-da keçiriləcək Konstitusiya dəyişikləri ilə bağlı referendumun keçirilməsinə etiraz olaraq etiraz mitinqi keçirilib.
Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli sözünə siyasi məhbuslara salam söyləməklə başlayıb: “Mən burada müsavatçıları, REAL-çıları, NİDA-çıları, digər birliklərin təmsilçilərini görürəm. Bizim dərdimiz azadlıqdir, demokrtaiyadır, daha yaxşı ölkədir. Hökumət bizim aramıza nifaq salmağa çalışdı. Ancaq indi liberallarla millətçilər, dindarlarla ateistlər bu meydanda çiyin-çiyinədir. Çünki bizi birləşdirən fərdi maraqlar yox, azad, demokratik Azərbaycan amalıdır. Biz ki, bu yola addım atmışıq, yolu yarımçıq qoymağa haqqımız yoxdur. Bu gün həbsxanalarda 100-dən artıq siyasi məhbus var. Bizim əvvəlki mitinqlərimizin əsas təşkilatçılarından, mənim müavinim Fuad Qəhrəmanlı həbsdədir. Başqa müavinlərim Seymur Həzi, Asif Yusifli həbsdədir. Məmməd İbrahim həbsdədir. Mətanətli İlkin Rüstəmzadə həbsdədir. REAL Hərəkatının rəhbəri İlqar Məmmədov uydurma ittihamlarla həbsdədir, Müsavat başqanının müavini Fərəc Kərimli, ləyaqətli dindarlarımız həbsdədir. Bu mitinq xalq hərəkatının başlanğıcıdır. Monarxiyaya yox, talana son bizim ümumi şüarımızdır. Bizim yox dediyimiz başqa məsələlər də var. Büdcənin talan edilməsinə, dövlət ehtiyatlarının tükədliməsinə, neft pullarının oğurlanmasına yox deyirik. Bir tərəfdə səfalətə düçar etdikləri xalq var, digər tərəfdə Avropadakı muzeyləri təmir etdirən bir qrup harın var. Biz bu soyğunçuluğa, bu harınlığa yox deyirik.
Biz dövlət orqanlarımızın xalqa xidmət etməsini istəyirik. Xəstəxanaya yaxınını aparan qorxu içindədir. Biz sağlamlıq vermək əvəzinə qatilə çevrilmiş səhiyyə sisteminə yox deyirik. Bu gün ölkəin təhsil sistemi təhsilsizliyə xidmət edir. Biz balalarımızı təhsilsiz qoyan təhsil sisteminə yox deyirik. Biz repressiya aparatına çevrilmiş polis işgəncələrinə yox deyirik. Dünyanın hər yerində insaanlar ədaləti məhkəmələrdə axtarır. Bizdə də belə olacaq. Biz bazara çevrilmiş məhkəmə sisteminə yox deyirik. Əziz həmvətənlər torpaq bizim üçün müqəddəsdir. Amma biz Azərbaycan əsgərlərə, qazilərə, şəhid ailələrinə olan biganəliyə, insafsızlığa yox deyirik. Bizim gənc balalarımız yalnız torpaq uğrunda şəhid ola bilərlər. Amma biz daha çox qanunsuzluğun, özbaşnalığın qurbanı olan şəhidləri görürük. Biz əsgər ölümünə yox deyirik”.
Ə.Kərimli referendumla da bağlı fikirlərini belə səsləndirib:
“Azərbaycanın ali qanunu 3-cü dəfədir ki, dəyişdirilir. 2012-ci ildə Konstisuiyanı dəyişdilər onun müddətsiz seçilməsinə maneçilik olmasın. İndi də Konstitusiyanı İlham Əliyevin hakimiyyətini möhkəmləndirmək üçün dəyişmək istəyirlər. Biz Azərbaycanda Monarxiya yaradılmasına, sülalə hakimiyyətinin davamlı olmasına yox deyirik” (Amerikanın səsi).
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar