Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Müharibədən çəkinməyəcəyik", deyir Bərzani -Kərkükü zorla əldə saxlamaq fikrindədir

Tarix: 09-09-2017 19:37     Baxış: 6397 A- / A+
 "Müharibədən çəkinməyəcəyik", deyir Bərzani
İraqdakı Kürdüstan regionunun rəhbəri deyib ki, bölgənin müstəqilliyi ilə bağlı referenduma görə münaqişəyə girmək istəməsə də, Kərkük uğrunda vuruşmaq istəyənlərlə silahlı qarşıdurmadan yayınmayacaq.

Bölgənin müstəqilliyinə dair İraq Kürdüstan Regional Hökuməti (İKRH) tərəfindən təşkil edilən referendum 25 sentyabrda keçirilməlidir.
Onun nəticələri Kərkük də daxil olmaqla ərazidə yaşayan 250 min türkmənin həyatına da təsir göstərəcək.

İraq hökuməti, ABŞ, İran və Türkiyə referendumu tənqid ediblər.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, səsvermə İraq daxilində müharibəyə yol aça bilər.

Lakin İKRH öz qərarından dönməyəcəyini bildirir.

"Ümid edirəm ki, biz heç kimlə vuruşmalı olmayacağıq, biz vuruşmaq istəmirik", - Məsud Bərzani BBC Farscaya verdiyi müsahibədə qeyd edib.

"Hər hansı bir qrup güclə Kərkükün durumunu dəyişdirməyə çalışarsa, hər bir kürdün bunun üçün müharibəyə hazır olduğunu bilməlidir".

Kərkükdəki türkmən və ərəblərin çoxunun referendum əleyhinə olduğu barədə sualı cavablandıran İKRH rəhbəri deyib ki, əhalinin qərarına hörmət edəcək.

"...Bu referendumda Kərkük xalqı "yox" deyərsə, biz onların qərarlarına hörmət edəcəyik. Ancaq biz orada referendumun təşkil etməsinə maneələri qəbul etmirik".

İKRH parlamentində 111 yerdən 5-nə sahib olan türkmənlərin referenduma münasibəti birmənalı deyil. Onların bir qismi səsverməni dəstəkləyirsə, digərləri onun təxirə salınmasını istəyir (BBC).

Qeyd edək ki, Kərkük tarixən türkmənlərin çoxluq etdiyi şəhər olub. Ancaq son illərdə bu şəhər süni şəkildə kürdləşdirilirək, demoqrafik tərkibi dəyişdirilib.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar