Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gözünü ovcunun içində saxla...

Tarix: 08-09-2017 14:22     Baxış: 5276 A- / A+
Gözünü ovcunun içində saxla...

Görmə qabiliyyətinin yaxşılaşdırılması üçün amerikalı oftalmoloq Uilyam Beytsin 100 il əvvəl təklif etdiyi metod bu gün də öz cəlbediciliyini itirməyib.

Manevr.az azərtac-a istinadən xəbər verir ki, həmin metod bütün göz problemlərinin stress və gərginlikdən qaynaqlandığını əsas götürərərək eynəkdən istifadə etmədən gözə istirahət verməklə yaxıngörmə (miopiya), uzagörmə (hipermetropiya) və astiqmatizm kimi xəstəliklərdən xilas olmağı nəzərdə tutur.

U.Beytsin fikrincə, gözə istirahət verməyin ən yaxşı yolu göz bəbəyinə işıq düşməsinin qarşısını almaqdır. Bunun üçün palminq (ingiliscə "palm” – "ovuc” sözündəndir) adlanan xüsusi təmrin də işlənib hazırlanıb. Təmrin zamanı masanın qarşısında əyləşib ona dirsəklənərək yumulmuş gözləri ovucla, üzərinə basmadan bağlamaq lazımdır. Elə bir şərait yaradılmalıdır ki, diqqəti yayındıran heç nə olmasın: nə parlaq işıq, nə səs-küy, nə də fikir dağınıqlığı... Beş dəqiqə həmin vəziyyətdə qalaraq fikrən yüzə qədər saymaq, müxtəlif rənglərin palitrasını, ya da hər hansı əşyanın, məsələn, bir çiçəyin bütün təfərrüatını, yaxud da böcəyin onun üzərində necə gəzdiyini göz önünə gətirmək olar.

Elmi dəyəri müasir oftalmologiyada qəbul edilməyən, görməni əhəmiyyətli dərəcədə yaxşılaşdırması barədə təsdiqlənmiş elmi məlumatlar olmayan metodun, hər halda, faydası vardır. Ən azı, kompüter arxasında işləyərkən göz yorğunluğunun aradan qaldırılması üçün həmin təmrini icra etmək xeyirlidir. Palminq, həmçinin yuxuqabağı psixi gərginliyi də aradan qaldıra bilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar