Xəbər lenti
"Qəriblikdə xanimanlar yaratmağın mənası yox" -Zərraf Şirinov-55
Tarixin bu günü gözəl həkim, istedadlı şair, professor Zərraf Şirinovun (Zərraf Təhməzoğlu) doğum günüdür. Böyük yaradan bu insandan heç nəyi əsirgəməyib: səmimi insan, mehriban övlad, hər zaman ailə üzvlərinin əvəzolunmaz dost və sirdaşı, öz sahəsinin tanınmış ustadı, gözəl şeirlər müəllifi, layiqli vətəndaş. Bu xüsusiyyətlərin siyahısını artırmaq da olar. Təbii ki, o insanı yaxıbdan tanıyanlar bu sətirlərin gerçək olduğunu tam əminliklə təsdiq edərlər. Belə gözəl sifətlərə malik olan Zərraf həkim anadan olmasının 55-ci sevincini yaşayır.
Ancaq bu sevincin bütövləşməsi üçün yeganə və əsas bir amil-Kəlbəcər torpağı əksikdir. Manevr.az olaraq hörmətli təbibimizi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı ilə müşayiət olunan uzun ömür arzulayırıq. Ümid edirik ki, Kəlbəcər, eləcə də digər torpaqlarımız tezliklə düşmən işğalından azad olunacaq və növbəti şad günlərimizi doğma yurd yerlərimizdə qeyd edəcəyik.
KƏLBƏCƏRDƏ
Qəriblikdə xanimanlar yaratmağın mənası yox,
Ölmədən qura biləydim bir qara dam, bir otaq
-Kəlbəcərdə.
Bu istidə, bu aranda bu nə yurddur, çadır-çadır
Oyan millət, bir çadırda yaşanacaq yaylaq
-Kəlbəcərdə.
Yurd-yuvasız didərginəm, qarsdı məni soyuq, qar,
İstisinə qızacağım bir ocaq
-Kəlbəcərdə.
Dişlərimi göynədən, içimi sərinlədən,
Mənə həyat verən bir bulaq
-Kəlbəcərdə.
Bir türk olaraq utanıram yaşamağa, xəcalətəm,
Gözlərimə töküləcək bir ovuc torpaq
-Kəlbəcərdə.
Burda mənim cismim yaşayır, bir cəsəd-müqəvva kimi,
Xəyallarda dolaşır, Zərraf adlı bir uşaq
-Kəlbəcərdə.
Zərraf Təhməzoğlu
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar