Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda restorandan qeyri-adi addım : Müştərilərin hesabını milli komandamız “ÖDƏDİ”

Tarix: 05-09-2017 22:51     Baxış: 4246 A- / A+
Bakıda restorandan qeyri-adi addım

Bakıda restoranlardan birinin sahibi qeyri-adi addım atıb. O, futbol üzrə milli komandamızın San Marino üzərindəki qalibiyyətinə görə həmin gün restoranda yeyib-içən bütün müştərilərin hesabını silib.

Manevr.az xezerxeber.az-a istinadən məlumat verir ki, Azərbaycan-San Marino futbol yığmalarının oyunu zamanı komandamızın vurucağı hər qola görə 20 faiz endirim edəcəyinə söz verən restoran sahibi nəticədə 100 faizlik endirim etməli olub. Çünki millimiz futbol tarixində ilk dəfə 5 qol vurub və bu səbəbdən həmin vaxt restoranda olan heç bir azarkeş hesab ödəməyib.Restoranın aksiyasından əksər müştərilər məlumatlı olmadığından gələn hesab onlar üçün sürpriz olub. Bəziləri isə aksiyadan xəbərdar olduqlarından və milli komandamızın qələbəsinə inandıqlarından daha çox sifariş veriblər.

Ümumilikdə 1000 manat xərcə düşən restoran sahibi Şaiq Qəribzadə deyir ki, o, bu addımı hər hansı kommersiya niyyəti ilə yox, futbol azarkeşi olduğu üçün atıb.Şaiq Qəribzadə qeyd edir ki, gələcəkdə də komandamıza və klublarımıza dəstək məqsədi ilə yeni aksiyalar təşkil edəcək. Çünki son zamanlar "Qarabağ" klubuunun uğurlu çıxışı bir daha göstərdi ki, komandalarımıza dəstək çoxdur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar