Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Ankaradan Bakıya salam verən ələm mən" -ŞEİRLƏR

Tarix: 22-08-2017 20:06     Baxış: 4530 A- / A+
"Ankaradan Bakıya salam verən ələm mən"


YUSIF ÖZCAN
(Antalya)

BİR MİLLƏTİK

Anadolu anamdır, əziz vətənim mənim,
“Çanaqqala keçilməz”- yazdı dastanım mənim,
Atatürküm daima baş komandanım mənim,
Al bayraqda nəqş olan hilalın haləsiyəm,
Harda bir türk yaşarsa, mən onun köləsiyəm.

Maraşda südçü İmam, Ərzincanda dədəm var,
Soğanlıda, Bərdizdə əminm dayım, edem *var,
Qanımızla sulanmış yüz minlərcə çiğdəm* var,
Yurduma göz dikənin başının bəlasıyam,
Harda bir türk yaşarsa, mən onun köləsiyəm.

Yunus Əmrə, Mövlanə, Hacı Bektaş Vəliyəm,
Uluqbəy, İbn- Sina, Yesevinin diliyəm,
Xəzəri qucaqlayan Şəhriyarın eliyəm,
Qürbəttəki vətənin candakı həsrətiyəm,
Harda bir türk yaşarsa, mən onun köləsiyəm.

Dövlət ayrı olsa da, soyumuz birdir bizim,
Oğuzlardan gəlirik, soyumuz birdir bizim,
Türkü, bayatı, dastan, toyumuz birdir bizim,
Düşmənə sinə gərən Kərkükün qalasıyam,
Harda bir türk yaşarsa, mən onun köləsiyəm.

Ələsgərin əlində Qaracaoğlan sazıyam,
Axiskada bayatı, Qarabağda ağıyam,
Türkmənistan igidi, Özbəkistan qızıyam,
Qazax, tatar, çeçenin gözünün giləsiyəm,
Harda bir türk yaşarsa, mən onun köləsiyəm.

Balkanlar qardaşımdır, Krım mənim öz yarım,
Daşkənd, Bişkək, Buxara mənim ata diyarım,
Alma- ata çağırsa, Bozoklardan duyaram,
Qarabağlı ananın tükənməz naləsiyəm,
Harda bir türk yaşarsa, mən onun köləsiyəm.

Ankaradan Bakıya salam verən ələm mən,
İlkbaharda açılan bənövşəyəm, güləm mən,
Bir qibləyə yönələn, bir danışan diləm mən,
Camilərdə əzanam, hürriyyət nəfəsiyəm,
Harda bir türk yaşarsa, mən onun köləsiyəm.

Koroğluyam, Manasam, Orxandakı daşam mən,
Dədəm Qorqud boylasın, Türkmən bəyi başam mən,
Üstün olan millətə Akif ilə “Marş”am mən
Ağdənizdə Barbaros kapitanın əlasıyam,
Harda bir türk yaşarsa, mən onun köləsiyəm. ,

Ulubatlı Həsənəm, Osman Batur Şamiləm,
Teymurləngin yoldaşı, ağsaqqalam, kamiləm,
Çarların röyasıyam, Nuru paşa, Cəmiləm,
Rüzgarlarla yarışan atların yalmanıyam,
Harda bir türk yaşarsa, mən onun köləsiyəm.

Bilin ki, siz ağalar, bu bağça bizim bağça,
Analar naxış tökər, bağçada boxca- boxca,
Təməlində türkcəm var, olsa da ayrı ləhcə,
Kürdün, lazın, Boşnağın novruzu, laləsiyəm,
Harda bir türk yaşarsa, mən onun köləsiyəm.

Bir tarlanın əkini, bir çinar budağıyıq,
Qanımızın rəngi var, al bayrağın alıyıq,
Yeddidən yetmişəcən vətənə sevdalıyıq,
Əziz Vətən öz canım, mən onun balasıyam,
Harda bir türk yaşarsa, mən onun köləsiyəm.



edem- qardaş
çiğdəm- novruz


"Ankaradan Bakıya salam verən ələm mən"

MUSTAFA CEYLAN
(Antalya)

SUSMA, HAYQIR!

Şəhidlərə ağı
Doğuya qar yağır, İstanbulda axır qan.
Bir qəndil gecəsində qan ağlayır bu vətən.
Çanaqqala şəhidi qalxıb ayağa deyir ki:
“ Bəs etmədimi?
Yaxşı bax, eşit, dinlə!
Qoç kimi igidlərin tabut- tabut gedir
Bu şərəfsiz PKK- ya həddini bildir …”,

Qar yağır dağlara, İstanbulda qan axır.
Tələ qurmuş “ kahpeler”neçə ürəklər yaxır,
Qor dağından şəhidlər, gördüm Samsuna qalxır
Deyirlər ki;
“Bəs etmədimi,
Yaxşı bax, eşit , dinlə!
Saxlama məni nə olar, buz kimi sözlərinlə!
Bu dünyaya bir nizam verərdin gözlərinlə…”

Qar yağır yollara, qan axır İstanblda.
Göz yaşımı dindir, gəl, gəl bağrıma soxul da,
Söz edər Sarıqamış, bayrağın rəngi qandı.
Və deyər ki;
“ Bəs etmədimi,
Yaxşı bax, eşit, dinlə!
Vətənin bayrağına sancılan xəncəri, bük, qır!
Qorxma, sönməz bu şəfəq, birlik ol, susma, hayqır!

Qar yağır içimə , yas tutur millətim.
Tut əlimdən İstanbul, bu gecə qaldım yetim.
Ceyranları vurulan qərib bir məmləkətəm.
Və deyirəm ki;
“ Bəs etmədim?
Yaxşı bax, eşit , dinlə!
Daşdı səbr kasamız, veriləcək bu hesab!
Bu qəhrəman ordunu müzəffər et, Yarəbb!


"Ankaradan Bakıya salam verən ələm mən"

Coşğun Qarabulud
(Fəthiyə)

KİM BİLİR

Çox uzaqlarda qərib deyiləm.
Qürbət sənin yanında.
Burada içimə dönük baxışlarım,
üfüqə baxan gözlərim
məni arar.
Səndən və sənin iç dünyandan ayrı
indi bu gördüyün qovulmuş mən.
Hey özünə doğru baxır.
Özünə doğru yüyürür.
Nə zaman,
harda
və nə halda
tapacağam özümü kim bilir.
Haralardan haralara gələcəyəm,
sən kim olacaqsan mənə.
Mən kim olaraq dönəcəm,
kim bilir.

Türkiyə türkcədən dilimizə Nazilə Gültac uyğunlaşdırdı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar