Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

"...Səni Vətən unudacaq, səni dilənçilər unutmayacaq" (şeir)

Tarix: 11-08-2017 22:49     Baxış: 3457 A- / A+
"...Səni Vətən unudacaq,  səni dilənçilər unutmayacaq"

Manevr.az gənc şair Emil Rasimoğlunun Əlisəmid Kürə ithaf etdiyi şeiri təqdim edir:

***
Yarı adam, yarı at
söykənib uçmuş divara.
Sən hansısan, Əlisəmid Kür...?!
Bəlkə də heç biri deyilsən,
Elə Allah kimi
bəlkə də hamısısan, Əlsəmid Kür.!

Hər "sağlıq" dedikcə ölürsən bir badənin dibində,
Öldükcə,
qaçıb gizlənib özündən
Gülürsən bir badənin dibində...
Sən demə, hər gün
əlil olmuş taleyini qucaqlayıb Əlisəmid- Əlisəmid ağlamaqdı bu həyat.
Nə bilim, ay yarı adam, yarı at.

Hardasa şəklin qocalıb
bir qadının qarğışında...
Nə bilim ee, nə bilim,
bəlkə də qəbrində,
bəlkə də sonuncu qışında...

Dişləri vətənimə bənzəyən şair, eşidirsənmi...
Tanrı həbsxanaları öldürə bilmir.
Sən ömründə neçə həpsxana öldürmüsən,
Qanına oğlun, qızın bulaşıb...

Yarı adam, yarı at
söykənib uçmuş divara.
Sən hansısan, Əlisəmid Kür...?!
Bəlkə də heç biri deyilsən,
Elə Allah kimi
bəlkə də hamısısan, Əlsəmid Kür !

...Səni Vətən unudacaq,
səni dilənçilər unutmayacaq.
Bir ağac tap, bir kəndir bir də ağlamağı sevən adam.
Allaha ümid olma...


Emil RASİMOĞLU

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar