Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Şirvanda “əcaib” canlı tapılıb - Video

Tarix: 09-08-2017 10:44     Baxış: 4378 A- / A+
Şirvanda “əcaib” canlı tapılıb

Şirvan sakini həyətində bu yerlər üçün xarakterik olmayan qəribə heyvana rast gəlib. Heyvanı tutan Ağasəməd İbrahimov onun adını və hansı növə aid olduğunu müəyyən etməkdə çətinlik çəkib.

Manevr.az APA TV-yə istinadən xəbər verir ki, "çağırılmamış qonaq" üçün balaca bir sığınacaq hazırlayan ev sahibi dördayaqlı yırtıcının nə ilə qidalandığını bilmədiyindən ona hər gün bişmiş yumurta yedizdirir. İnternet üzərindən aparılan axtarışla müəyyən etmək mümkün olur ki, latınca adı “vormela peregusna” olan bu nadir ekzotik yırtıcının yayılma arealı şimal-qərbi Monqolustan və Çin, Balkan yarımadası, Ön Asiya və qərbi Avropaya qədər gedib çıxır. Bizim ərazilərdə də bu yırtıcıya rast gəlmək mümkündür. Ancaq Aranda onu indiyədək görən olmayıb.

Əsasən səhra şəraitində yaşayan perequznanın gövdəsinin uzunluğu 27-38 santimetr, yetkin növünün çəkisi 350-750 qram olur. Səhra siçanları ilə qidalanan bu canlının müvəqqəti sığınacaqda vəziyyəti o qədər də münasib görünmədiyi üçün ev sahibləri onu zooparka və ya yaxınlıqda yerləşən həvəskar ekzotik heyvan kolleksionerlərinə təhvil verməyi düşünür.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar