Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

UniBank jurnalistin axırına çıxmaq üzrədir - daha bir kredit rüsvayçılığı

Tarix: 07-09-2016 11:20     Baxış: 4219 A- / A+
UniBank jurnalistin axırına çıxmaq üzrədir


“Dollar kreditinin qurbanı olmuşam. UniBankdan ötən il, devalvasiyadan əvvəl 18 aylıq kredit götürmüşdüm. Dolların 0,78 qəpik olan vaxt. Ötən ildən bu yana pulu ödəmişəm”.

Manevr.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Xaqani Səfəroğlu Facebook səhifəsində yazıb.

Jurnalistin bildirdiyinə görə 2015-ci ilin yanvarında ona 3000 dollar ( 2340 manat) kredit verilib. O isə son 18 ayda (2015-ci ilin fevralından -2016-cı ilin avqustuna qədər) banka 2750 manat ödəyib. Dolların 78 qəpik olan kursunu götürsək bu 3240 dollar edir.

Jurnalist bildirir ki, müqavilə öhdəliyi ilə onun banka artıq borcu yoxdur: “Bir neçə gün əvvəl bankdan bəyan edilib ki, mənim hələ 2900 dollar da (5000 manat) borcum var və bunu ödəməliyəm. Bu məbləğ iki devalvasiyadan sonra yaranmış borcdur. Mənə bildirlidi ki, dolların qiymətinin artması ilə borc da qalxır. Borcu tam bağlamaq üçün bundan sonra 2017-ci ilin avqustuna qədər hər ay 500 manat ödəməliyəm. Əgər tutaq ki, hər ay 150, 200 manat ödəsəm o zaman bu borcun müddəti qeyri-müəyyən zamana qədər uzanır. Məsələn, əgər sabah dollar 2 manat, biri gün 3 manat, o biri gün 4 manat olsa mənim borcum bu kursa uyğun hesablanacaq. Yəni mən qiyamətə qədər banka borclu qalacağam. Bu absurddur”.

X.Səfəroğlunun sözlərinə görə aylıq əmək haqqısı bu məbləği ödəməyə imkan vermir. Bundan sonra da imkan verməyəcək: “Belə çıxır biz ailəliklə ac qalıb banka pul ödəməliyik. Mən devalvasiyadan sonra yaranmış borc öhdəliyimi qeyri-qanuni hesab edirəm və dövlətin bu məsələyə münasibətini bildirməsini istəyirəm. Mən Azərbaycanın baş naziri Artur Rəsizadəyə, maliyyə naziri Samir Şərifova müraciət edirəm. Dollar kreditinin bu formada qurbanı olmuş şəxslərin taleyinə biganə yanaşmasınlar. Sivil dövlətlərdə bu problemin həlli yolları var. Lakin Azərbaycan hökuməti məsələ ilə bağlı heç bir addım atmır.
Əgər bu müraciətimə cavab verilməsə, mən Azərbaycan prezidenti, cənab İlham Əliyevə müraciət etməli olacağam”.
(turkustan)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar