Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanı təhqir edənin gözünü çıxardarıq - Deputat

Tarix: 05-08-2017 12:35     Baxış: 5309 A- / A+
Azərbaycanı təhqir edənin gözünü çıxardarıq

Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipur “Qladiator sorx” idman qəzetinin azərbaycanlıları təhqir etməsinə sərt reaksiya verib.

Manevr.az xəbər verir ki, o bu barədə bildiriş yayaraq qəzetin irqçi əməlini sərt şəkildə qınayıb.

Millət vəkili bildirib ki, Azərbaycanı təhqir edənlər öz cəzalarını alanadək məsələni diqqətdə saxlayacaq:


“Qövmləri, xüsusilə də cəsarətli, qorxmaz və başıuca Azərbaycanı təhqir etmək heç bir şəkildə qəbul edilə bilməz. Necə olur ki, bəzi kütləvi informasiya vasitələri “Traktor” komandası və Azərbaycan əhalisini təhqir edirlər? Mətbuata nəzarət heyəti bu məsələyə baxmalıdır. Belə insanlar cəzalandırılsa, Azərbaycanı təhqir etmək istəyənlərə də bir ibrət dərsi olar. Hamı bilməlidir ki, kim Azərbaycanı təhqir etsə, gözünü çıxardarıq”.

Xatırladaq ki, İranın idman mətbuat orqanlarından olan “Qladiator sorx” internet qəzeti avqustun 3-də Azərbaycanın “Traktor” və Tehranın “Perspolis” komandalarının görüşündən əvvəl və sonra yaydığı məlumatlarda türkləri təhqir edərək “Səudiyyənin Əl-əhlisindən öncə zibh edin, Əl-vəhşi Təbriz” və “Pantürklərin canına od saldıq, türk kababı” kimi cümlələr işlədib. Bundan sonra sosial şəbəkələrdə qəzetə qarşı etirazlar başlayıb.axar.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar