Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Yaxşı ki, varsınız!

Tarix: 01-08-2017 20:07     Baxış: 354 A- / A+
Yaxşı ki, varsınız!

Elə bil hər şey dünən olub. Sanki üzərindən 17 il yox, heç 17 gün də keçməyib...


Elə həminki adamdı: öz peşəsinin mahir bilicisi, saf və səmimi, təvazökar və səxavətli!

1999-cu ildə ilk dəfə rastlaşdığım Xanlar Məmmədovu belə tanıdım. Onda universitetin 2-ci kursunda oxuyurdum, eyni zamanda çox da populyar olmayan həftəlik “Təhsil” qəzetində çalışırdım. Amma kənd mühitindən qaynar və bahalı şəhər həyatına uyğunlaşmamışdım. Jurnalistikada ilk addımlarını atan gənc bir kənd uşağı üçün ortadakı çətinliklərin öhdəsindən gəlmək o qədər də asan deyildi.

Bir gün iki tanınmış jurnalist redaksiyaya daxil oldu. Məşhur “Panorama”çılar idi - Xanlar Məmmədov və Elşən Əliyev. Məlum oldu ki, “Təhsil” qəzetini normal mətbu nəşr səviyyəsinə qaldırmaq jurnalistikada öz sözünü demiş bu iki məşhur redaktora həvalə olunub. Təcrübəli və peşəkar redaktorların bu təyinatı ilə gündəmi tuta bilməyən kiçik və nizamsız redaksiyamıza yeni bir nəfəs gəldi. Bir neçə gün sonra Süleyman Qaradağlı da "Təhsil" qəzetində işə dəvət olundu. Biz əsl jurnalistikanın, peşəkar redaktorun necə olduğunu ilk dəfə onda gördük. Xanlar müəllimin timsalında.

Yaxşı ki, rastlaşdıq!

Xanlar Məmmədovun rəhbərliyi altında işləmək mənim üçün bir MƏKTƏB oldu. Onun yüksək redaktorluq keyfiyyətləri, tələbkarlığı, mövzulara həssaslığı mənim jurnalistikada möhkəmlənməyimin, inkişafımın, gələcək uğurlarımın bünövrəsini qoydu. Xanlar müəllim o dövrün çoxtirajlı və populyar nəşrlərindən sayılan “Naş vek” qəzetinin baş redaktoru olanda da gənc jurnalistlərə diqqətini və qayğısını əsirgəmirdi.

Sonralara eşitdim ki, onun bu xeyirxahlığından 1980-ci illərdə çox populyar olan “Molodyoj Azerbaydjana” qəzetində çalışdığı dövrdən danışılırmış. Baxmayaraq ki, o vaxt Xanlar müəllimin özü də hələ gənc sayılırdı. İctimai-siyasi mühitin qaynar olduğu o dövrdə gənc ikən “Molodyojka" kimi qəzetdə məsul katib, baş redaktorun müavini postunu tutmaq hər redaktorun bacaracağı iş deyildi...

Tanıdıqca təsəvvürlərimdə əlçatmaz bir zirvə kimi görünürdü Xanlar müəllim. “Kaş mən də onun kimi jurnalist olaydım” arzusu ilə alışıb-yanırdım. Hərdən öz-özümə söz verdim: “Mən də Xanlar müəllim kimi xeyirxah olacağam”.

“Bizim ƏSR” qəzetində çalışdığım illərdə onun “Naş vek”in redaksiyasındakı kabinetində mənə verdiyi tövsiyələri indi də xatırlayıram. İllər keçdikcə Xanlar Məmmədovun tabeçiliyində çalışmış, ondan dərs almış, onun iş prinsiplərindən pay götürmüş çoxlu gənc jurnalistlərlə rastlaşdım. İndi onların əksəriyyəti müasir jurnalistikamızın tanınmış imzaları sırasındadır. Məhz Xanlar müəllimin təlqin etdiyi peşə standartlarını məmimsəmələri sayəsində.

Geriyə boylanıb çətin illəri xatırlayanda gülümsədiyim, fəxarətlə xatırladığım istinad nöqtəmdir Xanlar müəllim. Jurnalistikaya başlayanda ondan güc aldım, ondan bəhrələndim. O mənim üçün peşəkarlığına inandığım, dəstəyinə arxalandığım, insanlığına güvəndiyim bir ünvan oldu!

Belə bir insanı qarşıma çıxardığına görə Tanrıma minnətdaram!

Xanlar müəllim təkcə gənclərin və jurnalist həmkarlarının yox, həm də dostların, yaxından və uzaqdan tanıyanların uman-güman yeridir. Onun üçün insanlara münasibətdə bir mühüm prinsip var ki, gərək ona hər zaman əməl edəsən. Bu, “Böyüyə hörmət, kiçiyə diqqət” prinsipidir!

Xanlar Məmmədov təkcə mənim deyil, bütövlükdə Azərbaycan jurnalistikası, xüsusilədə rusdilli jurnalistlər üçün bir mayakdır!

Onunla yaxın olmaq, dost və həmkar kimi eyni dəyərləri bölüşə bilməyin özü də Tanrının bir lütfüdür!

Elə həminki adamdı Xanlar müəllim. 17 il əvvəl tandığım kimi - peşə prinsiplərinə sadiq, doğulduğu bölgəyə xas saf və səmimi, təvazökar, səxavətli və xeyirxah! İllər keçdikcə onun örnək hesab edilən keyfiyyətləri doğmaları, dostları, həmkarları arasında bir etalona çevrilir. İndi onu tanıyan hər kəs böyük şövq və cəsarətlə “Yaxşı ki, varsınız, Xanlar müəllim!” deyə bilir!

Bu gün onun doğum günüdür. Avqustun 1-də altmışını tamamlayıb Tanrının verdiyi ömür payının yeddinci onilliyinə qədəm qoyur. Qədəmləriniz uğurlu olsun, USTAD! Daim ailənizin, nəvələrinizin, dostlarınızın, sizi sevənlərin yanında olasınız.

Yaxşı ki, varsınız!

Həmişə var olasınız!

Elxan SALAHOV

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar