Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
26-08-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən zəngin adamı indi BU ŞƏXSDİR

Tarix: 27-07-2017 20:01     Baxış: 4247 A- / A+
Dünyanın ən zəngin adamı indi

"Amazon”un yaradıcısı Ceff Bezos "Forbes”un versiyasına əsasən dünyanın ən zəngin adamına çevrilib.

Manevr.az-ın lent.az-a istinadən xəbərinə görə, şirkətin bazar dəyərinin yüksəlməsi fonunda o, "Microsoft”un yaradıcısı Bill Geytsi ötüb. "Forbes”un real rejimdəki hesablamasına əsasən hazırda C. Bezosun sərvəti 90,6 milyard dollar, B. Geytsin sərvəti isə 90,1 milyard dollar təşkil edir.
Xatırladaq ki, bu gün NASDAQ birjasında ticarət əməliyyatlarının açılışında "Amazon”un səhmləri 1,8% bahalaşıb.

Mart ayındakı qlobal reytinqdə C. Bezos 72,8 milyard dollarlıq sərvəti ilə 3-cü sırada idi. Onun əsas aktivi "Amazon” online riteylerindəki şəxsi payıdır – 16,7%. Bundan başqa, "Blue Origin” aerokosmik şirkəti də Bezosa məxsusdur. O, nüfuzlu "The Washington Post” qəzetinin sahibidir və 2013-cü ildə qəzeti 250 milyon dollara alıb.

Qeyd edək ki, "Amazon”un bazar dəyəri son aylar ardıcıl yüksəlir. İlin əvvəlindən bəri şirkətin bazar dəyəri 146 milyard dolar artıb. İyulun 26-da "Amazon”un dəyəri yarım trilyon dolları ötüb. Buna qədər ABŞ-da cəmi 3 şirkətin – "Alphabet”, "Apple” və "Microsoft”un bazar dəyəri 500 milyarddan çox idi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar