Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

“Ağıllı” üzük barmağı telefona çevirəcək

Tarix: 26-07-2017 20:28     Baxış: 4268 A- / A+
“Ağıllı” üzük barmağı telefona çevirəcək

“Kickstarter” saytında “ağıllı” üzük üçün vəsait toplanışı üzrə kampaniya keçirilir.

Azərtac “NEWSru” resursuna istinadən xəbər verir ki, “Orii” adlanan qurğu şəhadət barmağına taxılan və “Bluetooth” vasitəsilə smartfonla sinxronlaşan böyük üzükdür. Üzüyün işi sümük keçiriciliyinə əsaslanır: zəng daxil olan zaman “Orii” istifadəçisi barmağını qulağa yaxınlaşdıraraq həmsöhbətini eşidə biləcək. Həmçinin hətta güclü kənar səs-küydə yaxşı eşitmək təmin olunacaq.

Bundan başqa, üzük smartfondan istifadə etmədən “Siri” və “Google Now” səsli köməkçi funksiyalarının xidmətlərindən istifadəyə imkan verir. “iOS” və “Android” əməliyyat sistemləri üçün xüsusi “Orii” mobil əlavəsi vasitəsilə bildirişləri üzüyə yönəltmək (onlar barədə quraşdırılmış LED indikator xəbər verəcək) mümkün olacaq. Qurğunun avtonom iş vaxtı gözləmə rejimində 45 saat, danışıq rejimində təxminən 30 saat təşkil edir.

Bildirilir ki, layihə üçün minimum 30 min dollar tələb olunsa da, artıq 135 min dollardan çox vəsait toplanıb. Kampaniya avqustun sonunadək davam edəcək. Sifarişçilər üçün ilk tədarüklər 2018-ci ilin fevralına planlaşdırılır. “Kickstarter” saytında üzüyün qiyməti 119 dollar təşkil edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar