Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Saatlıda qəbiristanlığı parka çevirdilər - video

Tarix: 26-07-2017 16:08     Baxış: 3415 A- / A+
Saatlıda qəbiristanlığı parka çevirdilər

Saatlı rayonu Hacıqasımlı kənd sakini Vaqif Həsənov 10 ildən artıqdır ki, kənd qəbiristanlığına qulluq edir.

Manevr.az ARB TV-yə istinadən xəbər verir ki, gününün böyük hissəsini bu məkanda keçirən Vaqif dayının əməyi sayəsində 6 hektar ərazisi olan qəbiristanlıq yaşıllıqlarla əhatələnən parkı xatırladır.

Vaqif Həsənov deyib ki, hər səhər 5 tamamda bura gəlir. O bildirib ki, bu işi təmənnasız edir.

Hacıqasımlı kəndinin sakinləri deyir ki, əvvəllər qəbiristanlıq bərbad vəziyyətdə olub. Hər tərəfi kol-kos, digər yabanı bitkilərlə əhatələnən bu əraziyə vəhşi heyvanların, əqrəblərin və zəhərli sürünənlərin əlindən girmək mümkün olmayıb. Onların bir neçə il ərzində həll edə bilmədikləri bu problemi V.Həsənov qısa müddətdə aradan qaldırmağı bacarıb. O, hətta qazılan məzarlardan su çıxma məsələsinin də həllinə nail olub.

200 ildən çox yaşı olan bu qəbiristanlıqda 4 mindən artıq müxtəlif növ ağac və gül kolları əkən V.Həsənov burada çalışmağı savab qazanmıq üçün etdiyini bildirib. Onun yeganə istəyi qəbiristanlıqda gördüyü işlərin ondan sonra da davam etdirilməsidir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar