Xəbər lenti
İtkin düşən abituriyentdən XƏBƏR VAR -FOTO
2 gün əvvəl itkin düşmüş abituriyent tapılıb.
Manevr.az xəbər verir ki, onun atası - Neftçala şəhər sakini Yaşar Əliyevin virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumata görə, oğlu artıq evdədir, özü isə hazırda İbrahimin axtarışı ilə bağlı Neftçalada küçələrə yapışdırılmış elanları qoparmaqla məşğuldur.
Ata onu da bildirdi ki, oğlunu Bakı şəhərinin küçələrinin birində Azərbaycan Dövlət Neft Sənaye Universitetinin 2-ci kursunda oxuyan qardaşı Ramazanın tələbə yoldaşları təsadüfən görərək, qardaşına təhvil veriblər. Yaşar Əliyev deyir ki, oğlu çox güman ki, Neftçalaya qayıtdıqdan sonra yenidən Bakıya dönüb. Çünki imtahanlardan az bal topladığı üçün sıxıldığını deyirmiş. O, imtahanın bitməsinə 1 saatdan çox qalmasına baxmayaraq imtahan otağını tərk edibmiş.
Hazırda baş vermiş hadisə ilə bağlı Netçala Rayon Polis Şöbəsində araşdırmalar davam edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































