Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

İranlı rejissorun Qarabağ filmi təqdim edildi -FOTOLAR

Tarix: 24-07-2017 18:41     Baxış: 4353 A- / A+
İranlı rejissorun Qarabağ filmi təqdim edildi
Manevr.az QAT Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə iranlı rejissor Möhsün Hadinin Qarabağ müharibəsinə həsr olunmuş “Arazın dayaz günü” adlı filminin tədqimat mərasimi keçirilib.

70 dəqiqəlik film İranda ilk təşəbbüsdür. Film İranda nümayiş etdirilib və rəğbət qazanıb. Filmin İran televiziyalarında nümayişi nəzərdə tutulur. QAT sədri Akif Nağı, filmin rejissoru Möhsün Hadi çıxış edərək film haqqında məlumat verib, Qarabağ həqiqətlərinin təbliği üçün bu cür təşəbbüslərin əhəmiyyətindən danışıblar. Film Azərbaycan dilində səsləndirilib, eyni zamanda fars dilində titrlərlə təmin olunub. Filmdə Qarabağ müharibəsinin həqiqi səbəbləri, gedişi, erməni işğalının nəticələri, Xocalı və digər faciələr konkret faktlarla əks etdirilib. Tədbirdə film tam həcmdə nümayiş etdirilib. Nümayişdən sonra tədbir iştirakçılarından İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Həsən Quli, ictimaiyyət təmsilçiləri Hacı Hacağa Nuri, Rövşən Əhmədli, Sultan Əzimzadə, Jalə Cəfərova, Qurban Cəbrayıl və digərləri çıxış edərək film haqqında fikirlərini bildirib, müəllifə təşəkkürlərini çatdırıblar.

Manevr.az

İranlı rejissorun Qarabağ filmi təqdim edildi
İranlı rejissorun Qarabağ filmi təqdim edildi
İranlı rejissorun Qarabağ filmi təqdim edildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar