Xəbər lenti
İcra başçısının qardaşı oğullarına cinayət işi açıldı - dələduzluğa görə

Bakıda vətəndaşların əmlaklarını - ev, maşın və və obyektlərini dələduzluq yolu ilə ələ keçirən dəstə aşkarlanıb.
Bu barədə AzNews.az-a hüquq müdafiəçisi Adəm Məmmədov məlumat verib.
Vəkil qeyd edib ki, həmin şəxslərə qarşı hazırda Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində AR CM-nin 178.3.2 maddəsi ilə cinayət işi açılıb. A. Məmmədovun sözlərinə görə, bu kriminal dəstənin prokurorluq orqanında çox ciddi nüfuzlu himayədarı var:
“Bu iş üzrə cinayət işinin başlanması üçün qərarda adları çəkilən qrup üzvləri aşağıdakılardır. Balayev Xəyyam Nazim oğlu, Əliyev Sahib Usub oğlu, Abdullayev Zaur Sabir oğlu və qardaşı Abdullayev Yalçın Sabir oğlu qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında vətəndaş M.Səfər qızının etibarından sui-istifadə edərək bahalı avtomobilini ələ keçirib. Üstəlik bu azmış kimi ona sonuncu pulu almadığı halda 300.000 manatlıq kredit müqaviləsini təhdidlə imzalatdırıblar. Ən təccüblüsü odur ki, el dili ilə desək “üç dənə biti” olmayan Sahib Əliyev pulun faktiki sahiblərinin göstərişi ilə bir gündə iki milyonluq beş müxtəlif əməliyyat həyata keçirib. Qeyri-rəsmi məlumatlara əsasən, pulun sahibi və işlərə rəhbərlik edən iş adamı kimi tanınan Abdullayev Yalçın Sabir oğlunun rəhbərliyi ilə həyata keçirilib”.

Yalçın Abdullayev
A.Məmmədov qeyd edib ki, araşdırmaya nüfuzlu və ciddi vəzifəli şəxsin təsiri var.
Qafqazinfo.az saytı cinayətdə adı keçən Abdullayev Zaur və Abdullayev Yalçın qardaşlarının Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu olduğunu bildirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar